SON XƏBƏRLƏR

RƏFSƏNCANİ İRAQDA ETİRAZLA QARŞILANIB

2021.10.20, 07:36
RƏFSƏNCANİ İRAQDA ETİRAZLA QARŞILANIB

Gunaz.tv
RƏFSƏNCANİ İRAQDA ETİRAZLA QARŞILANIB ref_iceri.jpg Martn 4-də İraq sünnilərinin yaşadığı Əl-Ənbar əyalətinin mərkəzi Rəmmadi şəhərində minlərlə insanın qatıldığı aksiya keçirilib. Aksiya iştirakçıları keçmiş İran prezidenti, Üləmalar Məclisinin rəhbəri Haşimi Rəfsəncaninin İraqa gəlməsinə kəskin etiraz ediblər. H.Rəfsəncani İraq prezidenti Calal Tələbani və digər dövlət rəsmiləriylə görüşmək üçün martın 2-də bu ölkəyə 3 günlük səfərə gedib. əllərində İraq bayraqları və müxtəlif etiraz plakatları tutmuş aksiyaçılar İran hakimiyyətindən ölkənin daxili işlərinə qarışmağı, şiələrə maddi və hərbi yardımı durdurmağı tələb ediblər. Sünnilərə məxsus İslami İraq Partiyasının rəhbəri Tariq əl-Haşimi və prezident Cəlal Tələbaninin müavinlərindən biri də birgə bəyanat yayaraq İranın İraq siyasətini pisləyiblər. Onlar İran hakimiyyətini bu müdaxilələrə son qoymağa çağırıblar. Tariq əl- Haşimi jurnalistlərə açıqlamasında deyib ki, “İran hakimiyyətinin İraqın daxili işlərinə qarışması ölkənin təhlükəsizliyinə böyük ziyan vurub və İraqı bir vətəndaş müharibəsiylə üz-üzə qoyub».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar