SON XƏBƏRLƏR

«SEPAH»ın KOMANDANI İSRAİLİ HƏDƏLƏYİB

2021.10.20, 07:36
«SEPAH»ın KOMANDANI İSRAİLİ HƏDƏLƏYİB

Gunaz.tv
«SEPAH»ın KOMANDANI İSRAİLİ HƏDƏLƏYİB mehemmedeliceferi_iceri.jpg Məhəmmədəli Cəfəri Martın 4-də Tehranda keçirilən «Fələstinə dəstək» beynəlxalq konfransında çıxış edən İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») komandanı Məhəmmədəli Cəfəri İsrailin bütün atom təsisatlarının raket hədəfində olduğunu vurğulayıb. M.Cəfəri deyib: «Bizim hərbi doktrina müdafiəyə əsaslanır. Lakin əgər düşmənlərdən, o sıradan İsraildən bizə qarşı hər hansı bir hərəkət olsa, tam qətiyyətlə öz raketlərimizlə buna cavab verəcək, hücumun qarşısını alacağıq». «Sepah» komandanı İranın 2 min kilometrlik məsafədən istənilən obyekt və hədəfi vura bilən raketləri də olduğunu vurğulayıb: «Bu gün İran İslam Respublikasının 2 min kilometrlik məsafədəki istənilən hədəfi vurmağa qadir raketləri var. Sionist rejim ərazisindəki bütün nüvə təsisatları bizim raketlərin əhatə dairəsindədir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar