SON XƏBƏRLƏR

Son nəfəsində o üç dəfə “Azərbaycan!” deyən böyük insan Məmməd Əmin Rəsulzadənin ölümündən 54 il ötdü

2021.10.20, 07:36
Son nəfəsində o üç dəfə “Azərbaycan!” deyən böyük insan Məmməd Əmin Rəsulzadənin ölümündən 54 il ötdü

Gunaz.tv
Son nəfəsində o üç dəfə “Azərbaycan!” deyən böyük insan Məmməd Əmin Rəsulzadənin ölümündən 54 il ötdü 2009-03-06_12194.jpg Bu gün böyük M.Ə.Rəsulzadənin vəfatından 54 il keçir. 125 il əvvəl gözünü dünyaya Xəzər sahilində açan böyük şəxsiyyət gözünü 54 il öncə bu gün Ankarada əbədi yumub. Həyatı boyunca, məşhur bir filmdə deyildiyi kimi, “çox ölkənin torpağını ayaqlayan” Rəsulzadə vaxt olub ki, İranda yaşayıb, arada Moskvada işləyib, oradan Finlandiyaya keçib, sonra Polşaya köçüb, Türkiyəyə üz tutub, Almaniyanı dolaşıb, amma bir an da olsun vətəni Azərbaycanı yadından çıxarmayıb. Böyük öndərin ürəyi daima Azərbaycanla birgə döyünüb. Vətənimizin adı parlaq şəxsiyyətin dilindən çixan sonuncu söz olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar