SON XƏBƏRLƏR

Respublikaçı konqresmen Amerika-Türkiyə münasibətlərinin qorunması barədə həmkarlarına xəbərdarlıq edib

2021.10.20, 07:36
Respublikaçı konqresmen Amerika-Türkiyə münasibətlərinin qorunması barədə həmkarlarına xəbərdarlıq edib

Gunaz.tv
Respublikaçı konqresmen Amerika-Türkiyə münasibətlərinin qorunması barədə həmkarlarına xəbərdarlıq edib konqres_2.jpg Bill Şuster Nümayəndələr Palatasının 434 üzvünə məktub göndərib Respublikaçı konqresmen Bill Şuster öz həmkarlarına Amerika-Türkiyə münasibətlərinin qorunması və inkişafının vacib olması barədə xəbərdarlıq edib. ANS PRESS "Panarmenian" saytına istinadən xəbər verir ki, B. Şuster ABŞ Konqresinin Nümayəndələr Palatasının 434 üzvünə göndərdiyi məktubunda bildirib ki, Türkiyə-Amerika qoşunlarının İraqdan çıxarılmasında (2010-cu il 31 avqust) və Vaşinqtonun Əfqanıstandakı əməliyyatlarında mühüm rol oynayır. Qeyd edək ki, Bill Şuster bu addımı erməni lobbisinin qondarma erməni soyqırımı barəsində qətnamə layihəsini ABŞ Konqresinin 111-ci gündəliyinə çıxarmaq istəməsi ilə bağlıdır. ABŞ Nümayənlər Palatasının üzvü Adam Şiff isə Amerika Erməni Milli Komitəsinin (ANCA) 75 nümayəndəsi ilə görüşündə qondarma erməni soyqrımı barəsində yeni qətnaməni konqresin gündəliyinə mütləq çıxaracağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar