SON XƏBƏRLƏR

Ermənistan Gürcüstana qarşı müharibəyə başlaya bilər

2021.10.20, 07:36
Ermənistan Gürcüstana qarşı müharibəyə başlaya bilər

Gunaz.tv
“Ermənistan Gürcüstana qarşı müharibəyə başlaya bilər” mubariz-ehmedoqlu.jpg Mübariz Əhmədoğlunun fikrincə, Ermənistan bunun üçün Rusiyanın və Qərbin razılığını alıb Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin 2009-cu ilin fevral ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı hazırladığı analitik material açıqlanıb. Mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında Cənubi Qafqazla bağlı fikirlərinin optimist olmadığını deyib: “Cənubi Qafqazın ən azı 2 dövlətində – Gürcüstan və Ermənistanda vəziyyət gərgindir. Məsələ burasındadır ki, durum daha da gərginləşəcək vəziyyətdədir”. M.Əhmədoğlunun fikrincə, Ermənistan Gürcüstana qarşı destruktiv mövqe tutub: “Ermənistan Gürcüstana qarşı hər an müharibəyə başlaya bilər. Özü də Ermənistan bu addımı təkcə Rusiyanın addımı ilə atmayacaq, həm də Qərbdən icazə alıb”. Politoloqun fikrincə, bir müddət əvvəl Rusiyanın Ermənistana verdiyi 800 milyon dollarlıq dəyərində silah da məhz Azərbaycana qarşı deyil, Gürcüstana qarşı müharibə aparmaq üçün nəzərdə tutulub. M.Əhmədoğlu deyib ki, Cənubi Qafqazda optimizmə ümid verən yalnız Azərbaycanın mövqeyidir. “İstənilən halda, Azərbaycana Cənubi Qafqazda sabitlik lazımdır. Ermənistana isə inqilab, qarışıqlıq lazımdır ki, bulanıq suda balıq tuta bilsin. Ümumilikdə Ermənistan hətta özü üçün də təhlükəli olan oyunlara gedir” – deyə, M.Əhmədoğlu əlavə edib. Mərkəz direktorunun sözlərinə görə, son vaxtlar Rusiya ilə ABŞ arasında yaxınlaşma olduğu hiss olunur: “Bu, ya yaxınlaşma, ya da qeyri-müəyyənlikdir”. Politoloqun qənaətincə, Rusiya istəyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO ilə əməkdaşlıq etsin, nəticədə KTMT-nin nüfuzu artsın.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar