SON XƏBƏRLƏR

Moskva Ankaraya Gürcüstanı parçalamağı təklif edir

2021.10.20, 07:36
Moskva Ankaraya Gürcüstanı parçalamağı təklif edir

Gunaz.tv
“Moskva Ankaraya Gürcüstanı parçalamağı təklif edir” rusiya-xarici-isl-r-nazirli.jpg Gürcüstan mətbuatı sensasion məlumat yayıb Gürcüstan kütləvi informasiya vasitələri növbəti sensasion məlumatla çıxış edib. İddiaya görə, Moskva Acarıstanla bağlı Ankara ilə danışıqlar aparmağa hazırlaşır. Lent.az_dan aldığımız məlumata görə, qəzetlər “Bizim Abxaziya” agentliyinin Rusiya xarici işlər naziri Sergey Lavrovun bununla bağlı türkiyəli həmkarı Əli Babacana məktub göndərdiyi barədə xəbərini yayıblar. Guya ki, Lavrov Cənubi Qafqazda “yarana biləcək vəziyyət zamanı” Gürcüstanın Qars razılaşmasının şərtlərinə əməl edə bilməyəcəyini vurğulayıb. Yəni, Rusiya Gürcüstanın yenidən bölüşdürülməsi və ötən əsrin əvvəlindəki hadisələrin təkrarlanmasını təklif edir. Agentlik onu da qeyd edir ki, Moskva ermənilərin yaşadığı Samsxe-Cavaxetiya regionunda da iğtişaşlar yaratmağa cəhd edir: “Bütün bunlar Rusiyanın Gürcüstanı xırda knyazlıqlara bölərək qonşu dövlətlərə birləşdirilməsi planını təsdiq edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar