SON XƏBƏRLƏR

Azərbaycana narkotik vasitələr ən çox Əfqanıstan və İrandan gəlir

2021.10.20, 07:36
Azərbaycana narkotik vasitələr ən çox Əfqanıstan və İrandan gəlir

Gunaz.tv
“Azərbaycana narkotik vasitələr ən çox Əfqanıstan və İrandan gəlir” narko.jpg Gəncədə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı müşavirə keçirilib Gəncədə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı müşavirə keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirdə Narkomanlığa və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sərdi Araz Əliquliyev başda olmaqla, komissiyanın yerli qurumu, şəhər İcra Hakimiyyəti, hüquq mühafizə orqanlarının səlahiyyətli nümayəndələri iştirak edib. Narkomanlığa və Narkotik Maddələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sərdi Araz Əliquliyev bildirib ki, Azərbaycana narkotik vasitələr ən çox coğrafi təmasda olduğu Əfqanıstan və İran İslam Respublikasından gəlir. Bu səbəbdən ölkəmiz narkomaniya ilə mübarizə üzrə beynəlxalq əlaqədar təşkilatlarla əməkdaşlıq edir. Digər çıxışlarda isə vurğulanıb ki, dünyada olduğu kimi, Azərbaycanda, eləcə də qərb bölgəsində də narkotik vasitə istifadəçilərinin sayı artıb. Narkotik vasitələrlə bağlı cinayət hadisələrinin sayında da artım var. Şəhər üzrə ötən il ərzində narkotik vasitələrə dair 71 cinayət faktı fakt qeydə alınıb. Bunların da 14-ü satış, 61-i saxlama ilə bağlıdır. Bundan əlavə, 10 kq marixuana, 3 kq həşiş dövriyyədən çıxarılaraq, istintaq orqanlarına təhvil verilib. Gəncədə 350 narkotik vasitə aludəçisi qeydiyyatda olsa da, bu real rəqəmlərdən azdır. tədbirdə həssas qrup olan azyaşlılar arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi də vacib məsələ kimi diqqətdə saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar