SON XƏBƏRLƏR

NATO Rusiya ilə təmasları bərpa etməyə hazırlaşır

2021.10.20, 07:36
NATO Rusiya ilə təmasları bərpa etməyə hazırlaşır

Gunaz.tv
NATO Rusiya ilə təmasları bərpa etməyə hazırlaşır 20080328114312nato-russia11.jpg NATO - Rusiya dialoqu bərpa olunur Martın 5-də Amerikanın dövlət katibi Hillari Klinton özünün NATO-dan olan həmkarları ilə ilk görüşünə qatılacaq. Gündəlikdə olan əsas məsələ Alyansın Rusiya və Əfqanıstanla münasibətləridir. Brüsseldən diplomatiya üzrə müxbirimiz Conatan Markusun şərhi: "Bu görüş yeni dövlət katibi Hillari Klintona özünü Alyansa təqdim etmək imkanı verir. Gələn ayın əvvəlində Fransa və Almaniyada NATO-nun olduqca vacib zirvəgörüşü işə başlayır. NATO trans-Atlantik münasibətlərin bel sütunu olaraq qalır. Lakin blokun yaradılmasının 60-cı ildönümü yaxınlaşdıqca, NATO-nun qarşısında duran hərbi və siyasi vəzifələr mürəkkəbləşəməkdədir. Əfqanıstanda uğursuzluğa düçar olsa, bu Alyansa olan ümumi etimadı sarsıda bilər. Yeni Obama administrasiyası Əfqanıstana dair siyasətinə yenidən nəzər salır. NATO-Rusiya Artıq Moskvasız keçinmək olmur BBC təhlilçisi Conatan Markus Buna görə də, dövlət katibi Klinton məsələyə dair NATO-lu həmkarlarının fikirlərini eşitməkdə maraqlıdır. Lakin bugünkü müzakirələrin əsas mövzusu Rusiya olacaq. NATO-nun xarici işlər nazirlərinin Moskva ilə yüksək səviyyəli təmasların bərpasına yaşıl işıq verəcəkləri gözlənilir. Bu təmaslar Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra dondurulmuşdu. Amma NATO nümayiş etdirməyə çalışacaq ki, bununla o, Gürcüstan və Ukrayna kimi ölkələri darda qoymayacaq. Bu iki ölkənin xarici işlər nazirləri də Brüsselə gəliblər. Lakin artıq Moskvasız keçinmək olmur. Rusiya Əfqanıstana yeni təchizat yollarının açılmasında mühüm rol oynaya bilər. "

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar