SON XƏBƏRLƏR

AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏKİ ABİDƏLƏR KÜTLƏVİ ŞƏKİLDƏ ERMƏNİLƏŞDİRİLİR

2021.10.20, 07:36
AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏKİ ABİDƏLƏR KÜTLƏVİ ŞƏKİLDƏ ERMƏNİLƏŞDİRİLİR

Gunaz.tv
AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏKİ ABİDƏLƏR KÜTLƏVİ ŞƏKİLDƏ ERMƏNİLƏŞDİRİLİR azerbaijan_maps.jpg Erməni millətçiləri işğal etikləri Azərbaycan ərazilərindəki abidələri kütləvi şəkildə erməniləşdirir. Artıq həmin ərazilərdə onların dəsti-xətti olmayan abidələr barmaqla sayılacaq qədərdir. Erməniləşdirilməsi mümkün olmayan abidələr isə məhv edilir. Gəncəsər məbədi alban Kinyazı Həsən Cəlal tərəfindən 1216-cı ildə tikdirilib. O, öləndən sonra elə orada da dəfn edilib. Adından da göründüyü kimi Həsən Cəlalın ermənilərə heç bir aidiyyatı yoxdu. Buna baxmayaraq ermənilər bu məbədin divarlarındakı yazıları silərək öz dəsti-xətləri ilə erməni dilində dırnaqarası bəzəyiblər. Hətta mərhumun sinə daşını parçalayaraq dəyişiylik ediblər. Bu tikilinin üzərinə isə erməni xaçının sonradan zorla bərkidildiyini bilmək üçün xüsusi istedad lazım deyl. Üzərində 1700 yazılan bu tikilini isə ermənilər 2004-cü ildə Xankəndi yaxınlığında inşa ediblər. Onun 1700-cü ildə tikildiyini iddia etməklə türistləri cəlb etmək istəyirlər. Abidələri müdafiə təşkilatının sədri Faiq İsmayılov deyir ki, işğal altındakı ərazilərimizdə erməniləşdirilən abidələrin sayı 1700-ü ötüb. İşğal altındakı ərazilərdə xaçlar basdıran ermənilər buraların onlara məxus olduğu haqqında fikir yaratmaq istəyindədir. Xaçların sayını artırmaq üçün həttda ən yaxşı xaç müsabiqəsi elan olunub. Düzəldilən xaçların hamısı Qarabağın müxtəlif ərazilərində basdırılıb. Abidələrin üzərindəki yazılar dəyişdirilərək erməni dilindəki sözlərlə əvəz edilib. Fərqinə varılmadan edilən dəyişiylik bir çox hallarda abidənin mahiyyəti ilə zidiyyət təşkil edir. Faiq İsmayılov bildirib ki, bu və digər faktlar beynəlxalq təşkilatlara, xarici ölkələrin səfirliklərinə təqdim edilir. Dəyişikliyə məruz qalan abidələr barədə 5 dilə tərcümə olunan kitabın yayılması istiqamətində tədbirlər görülür. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar