SON XƏBƏRLƏR

ABŞ - ın təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

2021.10.20, 07:36
ABŞ - ın təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

Gunaz.tv
ABŞ - ın təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır absh2.jpg Azərbaycan Amerika Birləşmiş Ştatlarının müdafiə strategiyasında əhəmiyyətli yer tutur. Birləşmiş Ştatlar Konqresində müzakirə edilən son sənəd bunu bir daha təsdiq edir. Amerika Birləşmiş Ştatları Konqressinin büdcə bürosu, Şərqi Avropada raket hücumundan müdafiə sistemlərinin qurulması layihəsinin 3 variantını hazırlayıb. Hər üç variantda Azərbaycan Pentaqonun özünü müdafiə planlarında həlledici yerlərdən birini tutur. Vaşinqton açıq şəkildə qeyd edir ki, Polşa, Çexiya və ya Aralıq dənizinin şimal sahillərində yerləşdiriləcək raketdən müdafiə komplekslərinin idarə olunmasında Qəbələ Radiolokasiya Stansiyasına böyük ehtiyac var. Səfir Birləşmiş Ştatların Şərqi Avropada təhlükəsizliini təmin etmək məqsədilə rusiya ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu deyir. Amerika prezidenti Barak Obamanın rusiyalı həmkarına yazdığı gizli məktub da göstərir ki, Vaşinqton öz təhlükəsizliyi naminə hətta öz prinsipial mövqeyindən də əl çəkməyə hazırdır. Obamanın gizli məktubunda Kremlə iranın nüvə təhlükəsinin neytrallaşdırılması təklif edilir. Əgər Moskva Tehranı nüvə proqramını dayandırmağa sövq edə bilsə, onda Birləşmiş Ştatlar da raketdən müdafiə komplekslərinin yaradılmasından əl çəkə bilər. Həm Rusiya həm də ABŞ rəsmiləri gizli məktublaşma məsələsini təkzib etsə də, ekspertlər hesab edir ki, iki super dövlət çox güman ki, raket hücumundan müdafiə sistemlərinin aqibəti və yeri ilə bağlı məxfi danışıqlar aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar