SON XƏBƏRLƏR

Çexiyada təhsil alan azərbaycanlı tələbələr mitinq keçiriblər

2021.10.20, 07:36
Çexiyada təhsil alan azərbaycanlı tələbələr mitinq keçiriblər

Gunaz.tv
Çexiyada təhsil alan azərbaycanlı tələbələr mitinq keçiriblər 2009-03-05_12063.jpg çexiyada yaşayan azərbaycanlılar ermənilərin tədbir keçirdiyi binanın qarşısında mitinq təşkil ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, martın 3-də Praqada erməni fotoqrafı Qarik Avanesyanın təşəbbüsü ilə hazırlanmış “Qədim ölkə Artsax” kitabının təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar, çexiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, o cümlədən burada təhsil alan azərbaycanlı tələbələr kitabın təqdimat mərasiminin keçirildiyi meydanda mitinq təşkil ediblər. Mitinqdə Xocalı faciəsi ilə bağlı plakatlar nümayiş etdirilib, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə şüarlar səsləndirilib və Ermənistandan Azərbaycana qarşı təcavüzü dayandırması tələb olunub. Bundan başqa, “Dağlıq Qarabağ barədə bilməli olduğunuz 10 məsələ” adlı buklet həmin təqdimat mərasiminin iştirakçıları, eləcə də meydandan keçənlərə paylanıb. ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid 500-ə yaxın məlumat vərəqəsi yayılıb. Aksiyada soydaşlarımızla yanaşı digər MDB ölkələrinin, Türkiyə və çexiyanın vətəndaşları da iştirak ediblər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar