SON XƏBƏRLƏR

Azərbaycan türk heyətinin ermənipərəst serial çəkilişinə qadağa qoydu

2021.10.20, 07:36
Azərbaycan türk heyətinin ermənipərəst serial çəkilişinə qadağa qoydu

Gunaz.tv
Azərbaycan türk heyətinin ermənipərəst serial çəkilişinə qadağa qoydu ayrilik.jpg Səlahiyyətli şəxslər “Ya Azərbaycan, ya Ermənistan” deyərək çəkilişə etiraz ediblər Qafqazdakı hadisələrə həsr olunan “Ayrılıq” serialının Azərbaycanda çəkilişi qadağan edilib. GÜNAZ.TV mətbuat mərkəzinin “medyatava.net” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfi “Ya Azərbaycan, ya Ermənistan” deyərək çəkilişə etiraz edib. Azərbaycan tərəfi serialın bir seriyasının Ermənistanda çəkilməsinə etiraz edib. Səlahiyyətli şəxslər “Ermənistanda film çəkirsinizsə, Azərbaycanda olmaz” deyiblər. Hazırda “Ayrılıq” serialının çəkiliş komandası Bakıdakı otellərin birində icazə gözləyir. Qeyd edək ki, başda Türkiyə olmaqla yeddi ölkədə eyni saatda yayımlanacaq serialın 250-300 milyon insan tərəfindən izlənəcəyi nəzərdə tutulub. Ayrılıq serialının Çeçenistan, Gürcüstan və İran adlanan yerdə çəkilişləri baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar