SON XƏBƏRLƏR

Rəsmi Tehran İranda türk tarixinin izlərini silməklə məşğuldur

2021.10.20, 07:36
Rəsmi Tehran İranda türk tarixinin izlərini silməklə məşğuldur

Gunaz.tv
Hədəfdə dərvişlərdir Rəsmi Tehran İranda türk tarixinin izlərini silməklə məşğuldur Son üç ildə rəsmi Tehran İranda dərvişlərə məxsus xanəgahları dağıdır və bunun nə üçün edildiyi barədə izah verilmir. Rəsmi Tehran Qum, Gərəc, İsfahan, Brucerd və digər şəhərlərdə dərviş xanəgahlarını dağıdıb və bunlardan sonuncusu Xanabad dərvişlərinin xanəgahıdır. Mənbə rəsmi Tehranın bununla kifayətlənmədiyini, bu hüseyniyyələrdə ibadət edən dərvişləri həbsə aldığını bildirir. Xəbərə görə, rəsmi Tehran formal olaraq bu addıma səbəb kimi bu hüseniyyələrdə "islamın başqa forması"nın təbliğ olunduğunu göstərir. Xatırladaq ki, dərviş xanəgahları 9-cu əsrdən, yəni, ürfan elmi bəşərə "açıldıqdan" sonra yaranmağa başlayıb. Amma ürfan piri və sultanı Şah İsmayıl Səfəvinin hakimiyyətə gəlməsilə bu xanəgahlar daha mütəşəkkil xarakter alıb və əslinə qalsa, bu dərviş xanəgahları Şah İsmayılın istinad yeri, arxası olub. Həmin təkyələrin əksəriyyəti türk əsilli dərvişlərin yığıncaq yerləri olub və həmin təkyələrdə hətta dinə münasibətdə belə azad baxışlılıq hökm sürüb. Bu xanəgahlar türk tarixinin tərkib hissəsidir və rəsmi Tehran bu xanəgahları dağıtmaqla əslində türk mədəniyyət və mənəviyyat abidələrini dağıdıb sıradan çıxarmaq siyasətini davam etdirir. Bu xanəgahları farsların adına yaza bilməyən rəsmi Tehran artıq "insan yoxdur-problem yoxdur" prinsipilə hərəkət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar