SON XƏBƏRLƏR

Təbrizli milli fəal İrəc Həsəni 2 il həbsə məhkum edilib

2021.10.20, 07:36
Təbrizli milli fəal İrəc Həsəni 2 il həbsə məhkum edilib

Gunaz.tv
TƏBRİZLİ FƏALA 2 İL HƏBS CƏZASI VERİLİB Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan təbrizli fəal İrəc Həsəni 2 il həbsə məhkum edilib. GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Təbriz İnqilab Məhkəməsi İ.Həsənini asayişi pozmaq, qanunsuz aksiya və toplantılarda iştirakda günahlandıraraq 4 ay həbsə və 30 şallaq zərbəsinə məhkum etsə də, işə apellyasiya instansiyasında baxıldıqda şallaq zərbələri ləğv edilib, həbs müddəti isə 2 ilə qaldırılıb. İ.Həsəni 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz əlaməti olaraq düzənlənən may-iyun aksiyalarının ildönümündəki toplantılara qatıldığı üçün tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar