SON XƏBƏRLƏR

Amerikalı analitik Çinin parçalanması və üçüncü dünya müharibəsi barədə proqnoz verib

2021.10.20, 07:36
Amerikalı analitik Çinin parçalanması və üçüncü dünya müharibəsi barədə proqnoz verib

Gunaz.tv
“2015-ci İLDƏ SSRİ BƏRPA OLUNACAQ” Amerikalı analitik Çinin parçalanması və üçüncü dünya müharibəsi barədə proqnoz verib 7150.jpg Amerikanın analitik “Stratfor Inc.” xidmətinin rəhbəri Corc Fridman 21-ci əsrə aid proqnozlarını dərc etdirib. Onun gələcəyə dair proqnozlarının əvvəli rəngarəng, axırı qaranlıqdır. Fridmanın ən yaxşı xəbəri ondan ibarətdir ki, yaxın vaxtlarda beynəlxalq terrorizm yox olacaq. Artıq 2009-cu ildə cihad ideoloqları Avropa və Asiyda vahid islam imperiyası yaratmaq məqsədlərindən imtina edəcəklər. Bunun əsas səbəbi maliyyə qıtlığı ilə bağlı olacaq. 20-25 ildən sonra ABŞ ciddi demoqrafiq problemlə üzləşəcək. Ölkədə doğum tempi kəskin şəkildə düşəcək. Nəticədə Latın Amerikası ölkələrindən mühacirlər ABŞ-a böyük köçlər edəcəklər. Fridmanın proqnozuna görə, Çin dövləti ciddi sarsıntıya məruz qalacaq. Milyard yarımlıq əhaliyə malik olan ölkə əyalətlərarası münaqişələr və iqtisadi tənəzzül nəticəsində parçalanacaq. Amerikalı analitikin növbəti proqnozu bizə aiddir. Söhbət postsovet məkanından gedir. Fridmanın fikrincə, 2015-ci ildə keçmiş sovet imperiyası – SSRİ yenidən bərpa ediləcək. Ancaq Fridman ittifaqın necə - könüllü, yoxsa müharibələr nəticəsində qurulacağı barədə heç nə deməyib. Analitikin proqnozu öz yerində, hələlik Rusiya rəhbərliyinin MDB ölkələrinə qarşı yeritdiyi siyasət Moskvanın həmin niyyətdə olduğunu və gündən-günə ciddiləşdiyini göstərir. Təkcə bu günlərdə şərti adını “yeni sovet ordusu” qoyduğumuz ordunu - Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının silahlı qüvvələrinin yaradılmasını xatırlamaq kifayətdir. Onu da qeyd edək ki, Rusiya, Belorus, Ermənistan və Qazaxıstan kimi dövlətlər SSRİ-nin bərpasına bu gün də hazırdırlar. Fridmanın proqnozuna görə, SSRİ bərpa olunduqdan sonra ABŞ-la çəkişməyə başlayacaq və “soyuq müharibə” yenidən bərpa olunacaq. Bu dəfə isə ABŞ dövləti çökəcək. Yaponiya və Türkiyə Avrasiya materikini artıq hegemon mövqeyini itirmiş ABŞ-dan qoruyacaq. Təxminən 40 ildən sonra üçüncü dünya müharibəsi başlayacaq. Müharibəni Yaponiya, özü də kosmosda başlayacaq. Yaponiya ABŞ-ın orbitdəki stansiyasına hücum edəcək və “yeni Perl-Harbor” hadisəsi törədəcək. Bir sözlə, amerikalı analitikin fikrincə, bəşəriyyətin gələcəyi qaranlıqıdır. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar