SON XƏBƏRLƏR

Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlu Ermənistanla danışıqlardan danışdı

2021.10.20, 07:36
Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlu Ermənistanla danışıqlardan danışdı

Gunaz.tv
“AZƏRBAYCANIN MARAQLARINI ERMƏNİLƏRƏ SATMARIQ, AMMA...” Ərdoğanın müşaviri Qeybulla Ramazanoğlu Ermənistanla danışıqlardan danışdı 7151.jpg Türkiyə baş nazirinin müşaviri Qeybulla Ramazanoğlu ölkəsinin Ermənistanla təmaslarının mahiyyəti barədə “Amerikanın səsi” radiosuna müsahibə verib. Q.Ramazanoğlu bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri daimidir. Bu məsələni heç kəs başqa səmtə yönəltməyə çalışmasın. “Bir qədər sərt və konkret demək istəyirəm ki, Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və heç zaman Azərbaycanın maraqlarını başqasına satmaz. Amma, digər tərəfdən, bir dövlət olaraq Türkiyənin özünün də siyasi, iqtisadi, mədəni maraqları var və ölkə diplomatiyası bu aspektləri də nəzərə alaraq hərəkət etməlidir. İkincisi, Avropa Birliyi ilə üzvlük danışıqlarının fonunda Avropa ölkələrinin də Türkiyə qarşısında qoyduğu bir sıra şərtlər var. Bu şərtlər çərçivəsində Türkiyə öz yanaşmalarında bəzi dəyişikliklər etməklə, ətrafındakı ölkələrlə yaxşı münasibətlər formalaşdırmaqdadır. Bu, həm də Türkiyənin özünün dövlət marağıdır. Məsələn, Yunanıstanla olan münasibətləri götürək. Uzun illər dost olmayan bu iki ölkə son zamanlar bütün gərginliklərə baxmayaraq, yaxınlaşa bilib. Beləliklə, Ermənistanla da məlum danışıqlar davam edir. Bu dialoq çərçivəsində diplomatik əlaqələri hansı şərtlər çərçivəsində bərpa etməyin mümkünlüyü, sərhədlərin açılması, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli müzakirə olunur". Qeyd edək ki, Q.Ramazanoğlu əslən azərbaycanlıdır. Ölkə ictimaiyyəti onu Qeybulla Qeybullayev kimi tanıyır. Uzun müddət Bakıda Politexnik İnstitutunun rektoru vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar