SON XƏBƏRLƏR

ABŞ İRAN MİLLİ BANKI İLƏ ƏLAQƏDƏ OLAN 11 ŞİRKƏTƏ SANKSİYA QOYUB

2021.10.20, 07:36
ABŞ İRAN MİLLİ BANKI İLƏ ƏLAQƏDƏ OLAN 11 ŞİRKƏTƏ SANKSİYA QOYUB

Gunaz.tv
ABŞ İRAN MİLLİ BANKI İLƏ ƏLAQƏDƏ OLAN 11 ŞİRKƏTƏ SANKSİYA QOYUB ABŞ Maliyyə Nazirliyi martın 3-də İran Milli Bankı ilə əlaqədə olan, bu ölkənin nüvə və raket proqramına yardım göstərən 11 şirkətə sanksiya qoyub. stuartlevi.jpg Stüart Levi Nazirlik ölkə vətəndaşlarının bu şirkətlərlə hər hansı əməkdaşlığına qadağa qoyaraq həmin qurumların ABŞ-dakı maliyyə vəsaitlərinin dondurulduğunu bildirib. ABŞ maliyyə nazirinin müavini Stüart Levi jurnalistlərə açıqlamasında deyib: «Beynəlxalq ictimaiyyət İran Milli Bankının nüvə proqramının inkişafındakı təhlükəli rolundan narahatdır. İran nüvə proqramı ilə əməkdaşlıq edən şirkətlər, banklar və şəxslərə qoyulan sanksiyalar beynəlxalq maliyyə sisteminin təhlükəsizliyi üçün vacibdir». Sanksiyaya məruz qalan şirkətlər arasında Milli Bank Kapitalqoyuluşu, Mazandaran Sement, Milli İnkişaf Kapitalqoyuluşu, Şimalsement, İran Milli Bankının nəşr və çap şirkətlərinin də olduğu vurğulanır.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar