SON XƏBƏRLƏR

İ. Əliyev və S. Sarkisyan yaxın iki ayda görüşəcəklər

2021.10.20, 07:36
İ. Əliyev və S. Sarkisyan yaxın iki ayda görüşəcəklər

Gunaz.tv
İ. Əliyev və S. Sarkisyan yaxın iki ayda görüşəcəklər 20081102173846nagornodealap203.gif Azərbaycan və Ermənistan prezidentləri son dəfə Moskvada görüşüblər ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin sonunda, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə dair razılıq əldə edildiyini bəyan ediblər. Bakıda keçirilmiş mətbuat konfransında, dövlət başçılarının yaxın iki ay ərzində görüş keçirmək niyyətində olduqları bildirilib. APA-nın məlumatına əsasən, fransalı həmsədr B. Fasie Azərbaycanın ötən ilin dekabrında BMT-də yaydığı sənəd və həmsədrlərin bu sənədlə bağlı verdiyi bəyanatdan danışarkən, Azərbaycanın BMT-də yaydığı sənədlərin danışıqlar prosesinin pozitiv məqamlarına problem yarada biləcəyini söyləyib. Lakin vasitəçi buna baxmayaraq, diskussiyaların davam etməsini mühüm amil adlandırıb: “Dağlıq Qarabağ münaqişəsi üç prinsip əsasında nizamlanmalıdır: ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə hüququ və güc tətbiq etməmək. Tərəflərə də tövsiyəmiz belədir ki, münaqişənin həllinə bu üç prinsipi uzlaşdırmaqla siyasi yolla nail olmaq lazımdır. Azərbaycanın BMT-də yaydığı sənədlərdə isə yalnız bir prinsip - ərazi bütövlüyü əksini tapmışdı. Biz məhz bu məsələdən narahat olmuşduq. Lakin bu o demək deyil ki, həmsədrlər yaydıqları son bəyanatları ilə Ermənistanın mövqeyini müdafiə edib, Azərbaycanı təkləyiblər. Bizim yeganə məqsədimiz danışıqlar prosesinə xələl gətirəcək cəhdlərə yol verməməkdir”. Mətbuat konfransında iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik isə qoşunların təmas xəttində sonuncu monitorinq zamanı atəşkəsin pozulmasına toxunub. O bununla bağlı hesabat hazırlayaraq, həm ATƏT-in fəaliyyətdə olan sədrinə, həm də Minsk Qrupu ölkələrinə təqdim edəcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar