SON XƏBƏRLƏR

Güney Azərbaycan İstiqlal Partiyasının M Ü R A C İ Ə T İ

2021.10.20, 07:36
Güney Azərbaycan İstiqlal Partiyasının M Ü R A C İ Ə T İ

Gunaz.tv
Güney Azərbaycan İstiqlal Partiyasının M Ü R A C İ Ə T İ Fars şovinist molla rejimi Azərbaycan türklərinə yönəlik yeni bir cinayət əməlinə imza atdı. Bununla fars şovinizmi milli, dini və cinsi ayrıseçkilik siyasətini dövlət səviyyəsində davam etdirdiyini bir daha nümayiş etdirdi . Rejim öz geriçi və şovinist mahiyyətini 28.02.09 tarixdə şənbə günü azərbaycan türkü, Əhli-həqq inancının daşıyıcılarından biri Mehdi Qasımzadənin Urmu həbsxanasında edam olunması ilə göstərdi və bununla da “islam” pərdəsi altında əsil mahiyyətini gizlədən fars şovinist molla rejimi heç bir dini və insani dəyərlərə əhəmiyyət vermədiyini dünya ictimaiyyəti və dövlətlərinin qarşısında bir daha sərgiləmiş oldu. Bütün bunlar göstərir ki, bu rejimin mahiyyətində yalniz terror və cinayətkarlıq durur. Bu tükürpədici hadisəyə özlərini “İnsan haqlarının müdafiəçi”si kimi təqdim edən fars təşkilatları da susdular. M.Qasımzadənin, həmçinin rejimin həbsxanalarında ağır durumda saxlanılaraq edam olunacaqları günü gözləyən bir neçə Əhli-həqq inancına mənsub şəxslərin pozulmuş hüqüqlarının müdafiə edilməsi istiqamətində bu təşkilatların hər hansı fəaliyyətinə rast gəlinmədi və bu durum onu deməyə əsas verir ki, 85 il ərzində Azərbaycan türkünə qarşı tətbiq edilən fars şovinist siyasətinin əsasını təşkil edən fars mərkəzli duşuncə sistemi və bu sistem əsasında formalaşan hər hansı siyasi və ictimai quruluş iran adlanan coğrafi məkanda yaşayan qeyri-fars millətlərin kölə vəziyyətində saxlanmasında maraqlıdırlar. Bu səbəbdən də, milli azadlıq savaşımızın qələbəsinə inanan Güney Azərbaycan İstiqlal Partiyası özunun Əsasnamə və Nizamnaməsinə əsaslanaraq bir daha bəyan edir ki, Azərbaycan türkünün qurtuluşu onun istiqlaliyyətindən keçir. Yalniz belə olan halda müasir və demokratik qanunlar tətbiq olunmaqla fərdi düşüncəsindən, siyasi əqidəsindən, cinsindən asılı olmayaraq Güney Azərbaycanda yaşayan hər bir fərdin və toplumun bütün vətəndaşlıq hüquqları tam şəkildə qorunacaqdır. Güney Azərbaycan İstiqlal Partiyası olaraq biz, rejimin geriçi və vəhşı üsulları ilə həyatına son verilmiş M.Qasımzadənin ailəsinə başsaglığı veririk və onlara bildirmək istəyirik ki, Əhli-həqq inancına mənsub bütün azərbaycanlıların açısını paylaşırıq, hər zaman onların haqlı mübarizəsini dəstəkləyirik. Həmçinin, Azərbaycan Türk millətinə müraciət edirik ki, yaşadığımız tarixi türk torpaqlarında orta əsr qanunlarına və şovinist düşuncənin məhsulu olan cinayətkar əməllərin, zorakılığın təkrarlanmasına imkan verməyin və öz milli, siyasi və fərdi azadlıqlarınızı əldə etmək, daha sivil və demokratik yaşam naminə işğalçı fars rejiminə qarşı üsyan edərək haqq səsinizi dünyaya çatdırın. Biz əminik ki, Azərbaycan Türk millətinin əzəmətli gücü qarşısında heç bir güc tab gətirə bilməyəcək və bütün dünya bu güclə hesablaşacaq. Güney Azərbaycan İstiqlal Partiyası

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar