SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN BURAXDIĞI JURNALA İLK SAYDAN QADAĞA QOYULUB

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN BURAXDIĞI JURNALA İLK SAYDAN QADAĞA QOYULUB

Gunaz.tv
AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN BURAXDIĞI JURNALA İLK SAYDAN QADAĞA QOYULUB Urmiya Azad Universitetində təhsil alan azərbaycanlı tələbələrin buraxdığı «Yağış» ədəbi-bədii jurnalına (baş redaktor Əmir Qəhrəmani) ilk sayındanca qadağa qoyulub. GÜNAZ.TV mətbuat mərkəzinin əldə tediyi məlumata əsasən, universitetin mədəniyyət işləri üzrə şurası ilk sayında Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə yazılar dərc edilən jurnalın materiallarına baxdıqdan sonra jurnalı pantürkizmdə günahlandırıb və yayımına qadağa qoyub. Şura qadağanı vaxtilə universitetdə eyni adla çıxan nəşrin «pantürkizmi yayması» ilə əsaslandırıb. Son zamanlar İran adlanan yerdə azərbaycanlı tələbələrin Azərbaycan türkcəsində çıxardığı «Ulus», «Nəsim», «Azər», «Özlük», «Oyanış», «Səttarxan», «Kimlik», «Yoldaş», «Yağış», «Aydın Gələcək», «Qıpçaq», «Günəş», «Yarpaq», «Tələngər», «Çənlibel», «Yaşıl yol», «Ana Yurd», «Səhər», «Açıq Söz», «Sayan», «Bulud» və «Xələc» kimi nəşrlər qapadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar