SON XƏBƏRLƏR

Ermənistan bir neçə aydan sonra humanitar fəlakətlə üzləşəcək

2021.10.20, 07:36
Ermənistan bir neçə aydan sonra humanitar fəlakətlə üzləşəcək

Gunaz.tv
TER PETROSYAN SƏRKİSYAN REJİMİNİ HƏDƏLƏDİ article_1236009438.gif "Ermənistan bir neçə aydan sonra humanitar fəlakətlə üzləşəcək" Ermənistanın eks prezidenti Levon Ter Petrosyan ölkəsindəki reallıqlarrla bağlı daha bir sərt çıxış edib. Qaynar.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, eks-prezident hazırkı hakimiyyətin yürütdüyü iqtisadi siyasətin Ermənistanı fəlakətə apardığını vurğulayıb. Levon Ter Petrosyan deyib ki, həbsxanalar heç bir günahı olmayan müxalifət nümayəndələri ilə doludur. Onlara qarşı müxtəlif qondarma ittihamlar irəli sürülərək həbsaxnalara atılıb.Ermənistanın eks prezident 35 minədək müxalifət tərəfdarının iştirak etdiyi mitinqdə qeyd edib ki, Ermənistanda insanlar siyasi mənsubiyyətinə görə işdən kənarlaşdırılır. Hakimiyyət dairələrinin erməni xalqını aldadır. Levon Ter Petrosyan bildirib ki, əvəlcə bu yalanlar müxtəlif layihələrlə bağlı olub. Indi isə Ermənistan hakimiyyəti Rusiya, Çin və Dünya bankından aldığı kreditlərlə əhalini sakitləşdirmək istəyir. Bundan başqa Ermənistanda bir çox məhsulların qıtlığı təhlükəli həddə çatıb. İqtisadi araşdırmalar tənəzülün aradan qaldırılması üçün 2 milyard dollar vəsaitin lazım olduğunutəsdiqləyir, buna isə ermənistan hakimiyyətinin gücü çatmayacaq. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar