SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ MÜHARİBƏ ƏLİLİ AZƏRBAYCAN KİMLİYİ UĞRUNDA MÜBARİZƏSİNƏ GÖRƏ YUXARI İXTİSAS ÜZRƏ TƏHSİLDƏN MƏHRUM EDİLİB

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ MÜHARİBƏ ƏLİLİ AZƏRBAYCAN KİMLİYİ UĞRUNDA MÜBARİZƏSİNƏ GÖRƏ YUXARI İXTİSAS ÜZRƏ TƏHSİLDƏN MƏHRUM EDİLİB

Gunaz.tv
MÜHARİBƏ ƏLİLİ AZƏRBAYCAN KİMLİYİ UĞRUNDA MÜBARİZƏSİNƏ GÖRƏ YUXARI İXTİSAS ÜZRƏ TƏHSİLDƏN MƏHRUM EDİLİB Müharibə əlili Qadir Kəyani Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə yuxarı ixtisas üzrə təhsildən məhrum edilib. GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, Tehran Universitetinin siyasi elmlər fakültəsini bitirmiş Q.Kəyaninin yuxarı ixtisas pilləsi üzrə təhsildən məhrum edilməsinin səbəbi barədə hər hansı rəsmi izahat verilməyib. Əslən Binabdan olan Q.Kəyani İran-İraq müharibəsində yaralanıb. 20 il keçməsinə baxmayaraq onun hələ də aldığı yaralardan əziyyət çəkdiyi bildirilir. Milli zəmindəki fəaliyyətinə görə Kəyaninin indiyədək dəfələrlə təhdid edildiyi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar