SON XƏBƏRLƏR

Təbrizdə rekord qıran “Koroğlu” tamaşası bu dəfə Tehranda səhnəyə qoyulacaq

2026.09.09, 12:07
Təbrizdə rekord qıran “Koroğlu” tamaşası bu dəfə Tehranda səhnəyə qoyulacaq

Yəqub Sədiq-Cəmalinin rejissorluğu ilə hazırlanan “Koroğlu” tamaşası Təbrizdə böyük tamaşaçı marağı ilə qarşılanıb və tamaşaçı sayına görə rekorda imza atıb.

Gunaz.tv

Azərbaycanın və türk dünyasının ən məşhur qəhrəmanlıq və folklor dastanlarından birinə əsaslanan tamaşa nümayişləri boyunca geniş xalq rəğbəti qazanıb. Bu maraq tamaşaçıların əsərə sevgisini, eləcə də yerli mədəniyyət və ədəbiyyat üzərində qurulan teatr tamaşalarının böyük potensiala malik olduğunu göstərir.

Yəqub Sədiq-Cəmali yeni paylaşımında “Koroğlu” tamaşasının növbəti nümayişi barədə məlumat verərək yazıb: “Təbrizdə teatr tamaşaçıları üzrə rekord vuran tamaşa ölkənin ən böyük türkdilli şəhərinin — Tehranın qonağıdır.”

Beləliklə, Təbrizdə misli görünməmiş maraqla qarşılanan və Azərbaycan teatrında tamaşaçı rekorduna imza atan “Koroğlu” tamaşası bu dəfə Tehranda tamaşaçıları ilə görüşməyə hazırlaşır.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar