SON XƏBƏRLƏR

Rus mətbuatından sensasion idda

2021.10.20, 07:36
Rus mətbuatından sensasion idda

Gunaz.tv
Rus mətbuatından sensasion idda n4cd5ina.gif Kreml Azərbaycana qarşı müharibə hazırlayır «Putin «Nabucco» kəmərinin çəkilişini əngəlləmək üçün hər şeyə hazırdır» «Kreml Ermənistan-Azərbaycan münaqişəsinin yeni mərhələsini hazırlayır» Azərbaycan və Orta Asiya qazının Avropaya ixracını nəzərdə tutan, bununla belə, Rusiya hakimiyyətinin sərt şəkildə əleyhinə çıxdığı «Nabukko» layihəsi ilə bağlı yeni sensasion məlumat yayılıb. Məlumata görə, rəsmi Moskva layihənin əsas tərəfdaşlarından sayılan Azərbaycanı bu proyektlə bağlı mövqeyindən geri çəkmək və layihənin digər tərəfdaş ölkələrinə də dişini göstərmək üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini alovlandırmağa çalışır. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə Rusiyanın nüfuzlu «Kommersant Vlast» jurnalı son sayında yazıb. Dərgi bildirir ki, «Nabukko» qaz kəməri layihəsini əngəlləmək üçün yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar yenidən başlaya bilər. Xəbərə görə, Vladimir Solovyev adlı müəllifin adından təqdim olunan analitik məqalədə Vladimir Putin hökumətinin «Nabukko»nun reallaşması yönündə təşəbbüsləri boşa çıxarmaq üçün hər cür vasitədən istifadə etməyə hazır olduğu bildirilib. Avropa Birliyinin Rusiyanı da «Nabukko» layihəsinə qoşulmağa dəvət etdiyini xatırladan yazı müəllifi, rəsmi Moskva üçün indiki situasiyada həmin dəvətin qəbuledilməz olduğunu bildirib. «QAZPROM»un Avropada yeni və güclü rəqiblərinin ortaya çıxmasının yeni müharibə ocağı yaradacağını yazan «Kommersant Vlast» müəllifi birmənalı şəkildə vurğulayıb ki, böyük ehtimalla həmin müharibə ocağı Dağlıq Qarabağ olacaq. Rusiya mətbuatında «Nabukko» layihəsi ilə bağlı yazılanlar Türkiyə mətbuatında bomba effekti doğurub. Layihənin əsas maraqlı tərəflərindən biri sayılan Türkiyənin tanınmış qəzetlərindən «Ortadoğu» bu məsələ ilə bağlı azərbaycanlı politoloqların rəyini dərc edib. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin «Ortadoğu»da yer alan fikirlərində Rusiyanın hazırki mərhələdə başlıca probleminin qlobal maliyyə krizisi olduğuna diqqət çəkilib və bildirilib ki, bu üzdən rəsmi Moskvanın yeni bir Ermənistan-Azərbaycan münaqişəsinə start verməsi real görünmür. Başqa bir politoloq - sabiq dövlət müşaviri Vəfa Quluzadə isə mümkün müharibənin Ermənistana heç bir fayda gətirməyəcəyini deyib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar