KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Qrenvill Bayford: "Erməni diasporunun səyi qətnamənin tanınmasıyla bitərsə, türk-erməni sülhünün əldə olunması ehtimalı da aradan qalxacaq" Son dövrlər Qərb mətbuatında Türkiyə-ABŞ, Türkiyə-Avropa Birliyi, Türkiyə-Ermənistan münasibətləriylə və s. bağlı müxtəlif yöndə yazılar dərc olunur. Fevralın 28-də "Newsweek" qəzetində "Genosid haqqında mübahisəyə necə son qoymaq olar?" başlıqlı yazısı dərc olunub. Müəllifi Qrenvill Bayford olan yazıda göstərilir ki, 1984-cü ildən başlayaraq erməni lobbisi konqresmenlərin köməyilə 1915-ci ildə baş vermiş hadisələri "soyqırım" kimi tanınması haqqında qətnaməni Konqresdən keçirməyə çalışır. Amma Nümayəndələr Palatasının digər üzvləri ABŞ-ın strateji tərəfdaşı və NATO üzvü olan Türkiyənin vacibliyini önə çəkirlər. Eyni zamanda, Türkiyəylə əlaqələri dərinləşdirməyə üstünlük verən (bu il isə o qədər də aktiv deyil) yəhudi lobbiçiləri qətnamənin əleyhinə fəaliyyət göstərirlər. Nəticədə Nümayəndələr Palatasının rəhbərliyi hər dəfə "məsələni şkafa qoyur və pərdə enir". Müəllif Konqres üzvlərinin diqqətinə 2009-cu ildə növbəti teatr səhnəsi başlayanadək Ermənistan və Türkiyə arasında "donmuş" münasibətlərin "əriməsinə" diqqət yetirməyə çağırıb. Qrenvill Bayford vurğulayıb ki, münasibətlərdəki proqres ona görə baş tutub ki, rəsmi İrəvan bütün fikrini Ermənistan-Türkiyə sərhədlərinin açılmasına yönəldib: "Bu ermənilər üçün çox vacibdir, çünki heç bir qonşusu (Gürcüstan, Azərbaycan və İran) Ermənistanın Qərblə ticarət yolunu təmin edə bilmir. Hər iki tərəf müdrikcəsinə genosid haqqında disputdan yayınır, başa düşürlər ki, iqtisadi əlaqələrin inkişafı bu məsələni yumşaldar. Erməni diasporu isə israrla təkrarlayır ki, "genosid" baş verib, amma bu iddianı türk xalqı təkzib edir. Müəllif vurğulayır ki, ABŞ Konqresində "erməni soyqırımı" məsələsi ön planda dursa, heç bir Türkiyə hökuməti Ermənistanla sərhədlərin açılmasına getməz. Konqres də başa düşməlidir ki, "genosid haqqında qətnamənin qəbulu heç nəyi dəyişdirməyəcək". Jurnalist düşünür ki, "soyqırım olub?" sualına cavab verilməsi bu gün ən vacib məsələ deyil, əksinə, kifayət qədər ultimativ xarakter daşıyır. Bayford Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci ildə baş vermiş hadisələri araşdırmaq üçün tarixçilərdən ibarət birgə komissiyasının yaradılması haqqında təklifini xatırladıb: "Ermənistan bu təklifi rədd edib. Çoxu da ona görə ki, rədd edib ki, mübahisədə udur. Amma Ermənistan hökuməti son dövrlər mövqeyini yumşaldıb. Əgər məqsəd barışmaqdırsa, sülhdürsə, türklərin hələ orta məktəbdə riyaziyyatla birgə öyrəndiklərindən imtinasına və onları təkzib etməsinə çalışmağa ehtiyac yoxdur. Amma münasibətlərdəki proqres ehtimalı göründüyü qədər də inanılmaz sayılmamalıdır. İndiyədək heç bir keçmiş Osmanlı yüksək çinli məmurun fəaliyyəti istintaqa, araşdırmaya cəlb olunmayıb. Beləki, həmin vaxtlar Türkiyəyə müstəqillik uğrunda mübarizədə ləkələnməmiş qəhrəmanlar lazım idi. Bu gün Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə araşdırma aparır. Buna cavab olaraq, İrəvan Osmanlı İmperiyası dövründə ermənilərin sultanın düşməni olan Rusiyanın tərəfində döyüşməsi barədə müstəqil tarixi araşdırma haqqında qərar verməlidir. Ermənilərin 1915-ci illərdə türk və kürdlərin qətlə yetirilməsində rolunu etiraf etməlidir. İki tarixi və düşmən konsepsiyaları bir-birinə yaxınlaşdırmaq üçün vaxt və dözüm lazımdır. Sərhədin hər iki tərəfində bir-birini başa düşmək, hiss etmək vacibdir. Müəllif Konqresi Amerika ermənilərinin lobbi dəstəyi verdiyi "erməni soyqırımı" haqqında qətnamədən imtinaya çağırır. Qrenvill Bayford düşünür ki, barışmaq üçün cığırı açıq qoymaq lazımdır. Bundan başqa, onun fikrincə, erməni diasporunun səyləri qətnamənin tanınmasıyla bitərsə, türklərlə ermənilər arasında sülhün əldə olunması ehtimalıyla yanaşı, Konqresin Türkiyəyə təsir etmək imkanları əldən çıxacaq: "Erməni diasporu da sülhün əldə olunmasına çalışmalıdır. Çünki Türkiyə və Ermənistan arasında yaxşı münasibətlər ABŞ-ın Qafqazdakı əsas prioritetlərindəndir. Türk-erməni dostluğu fonunda Qafqazdan keçməklə Orta Asiyadan gələn enerji daşıyıcıları koridorunun fəaliyyəti daha təhlükəsizlik olacaq. Bu Azərbaycanla Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu dağıtmaq üçün Ermənistana imkan verə bilər. Konqres və başqaları anlamalıdırlar ki, bu il erməni və türk xalqlarının barışması üçün çoxlu vədlər verir. Əgər bu istiqamətdə hər hansı irəliləyiş baş verməsə, Konqres yenidən qətnamənin müzakirəsinə qayıda bilər". Qrenvill Bayfordun məqaləsindəki sərhədlərin açılmasının, Türkiyə ilə dostluğun "Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu dağıtmaq üçün Ermənistana imkan verəcək" sözlərini yüz yerə yozmaq olar. Çünki, aydın şəkildə başa düşmək olmur ki, bu sözlərin arxasında nə durur?. Məsələn, Qrenvill Bayfordun iddiasından belə çıxır ki, Türkiyə ilə əlaqələri quran işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsində daha bir üstünlük qazanacaq. Bu fikir AKP-nin guya Ermənistanla əlaqələrin qurulmasının Qarabağ münaqişəsinin həllinə kömək edəcəyi haqqında iddiaların əsassız olduğunu bir daha təsdiqləyir. Belə çıxır ki, iqtisadi blokadanı aradan qaldıran işğalçı Ermənistan neft ölkəsi olan Azərbaycanın Silahlı Qüvvələrinin güclənməsini, hədələrini eyninə belə almayacaq. Bu faktları nəzərə alanda Türkiyə-Ermənistan sərhədlərinin açılmasının bölgədə işğalçı Ermənistanın mövqeyini gücləndirəcəyi qaçılmazdır. Dolayısıyla bu, sülhün əldə olunması perspektivinin üstündən xətt çəkir. Əgər onu da nəzərə alsaq ki, bu gün Rusiya Ermənistanın faktiki olaraq, başdan-başa özəlləşdirib, onda Azərbaycan üçün yaranacaq yeni çətinliklərin miqyasını təsəvvür etmək belə çox çətin olacaq. Bəlkə Qrenvill Bayfordu "satus-kvonun dağıdılması" deyəndə faktiki olaraq Rusiyanın asılılığında olan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə nail olacağına işarə vurur. Amma burada Rusiyanın adı çəkilmir. Amma yuxarıda istinad etdiyimiz məsələlərdən bir nəticəyə gəlmək olar ki, rəsmi İrəvan və erməni lobbisi arasında ciddi ziddiyyətlər mövcuddur. Türkiyə ilə sərhədlərin açılmasına çalışan rəsmi İrəvan qorxa-qorxa da olsa, münasibətləri düzəltmək üçün çıxış yolu axtarsa da, Birləşmiş Ştatlardakı erməni lobbisi qondarma soyqırımın tanıdılmasından əl çəkmir. AKP hökuməti "yüngülsaqqallıq" etsə də ermənilərin "soyqırım" iddialarından əl çəkəcəyini düşünmək mümkün deyil. Əgər normal məntiqlə düşünsək, hesab etmək olar ki, erməni-türk düşmənçiliyini aradan qaldırmaq üçün hər iki tərəfin qarşılıqlı olaraq güzəştlərə getməsi lazımdır. Elə Qrenvill Bayford da bunu vurğulayır. Amma görünən odur ki, qondarma soyqırımdan əl çəkməyən işğalçı Ermənistan və erməni lobbisinin addımları "sülh üçün çığır" prinsipindən xəbər vermir. Birincisi, ermənilərin qəlbində dərindən kök salan türk düşmənçiliyi çətin ki, aradan qalxsın. Bu reallığı yaxın-uzaq tariximiz dönə-dönə təsdiqləyib. İkincisi, nə Ermənistanın, nə də erməni lobbisinin "öz əli öz başında deyil". Rusiya heç imkan verər ki, forpostu Türkiyə ilə əlaqə qursun?. Eləcə də 1984-cü ildən bəri "erməni soyqırımı" layihəsi vasitəsilə Türkiyəyə təzyiq göstərməyə çalışan Birləşmiş Ştatlardakı qüvvələr bu məsələnin həllini tapmasına imkan verməz. Əgər diqqət yetirdinizsə, Abdulla Gülün səfəri ərəfəsində, ondan bir həftə sonra Türkiyə ilə münasibətlər barədə optimist bəyanatlar verən Serj Sərkisyanın üzü birdən döndü, bəyanatlarıyla Xocalı faciəsi kimi bir soyqırımı törətmiş türk düşməni olmasıni bir daha ortaya qoydu. Amma hələ də sahibləri onu qorxudurlar. Yəqin ki, İrəvanda erməni müxalifətinin keçirdiyi etiraz aksiyalarının bir səbəbi də bununla bağlıdır. Elman
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi