SON XƏBƏRLƏR

İran adlanan yerdə Narkotika Problemi

2021.10.20, 07:36
İran adlanan yerdə Narkotika Problemi

Gunaz.tv
İranda Narkotika Problemi 26 Fevralda Çinin Şanxay vilayətində “Narkotikadan İstifadənin Yasaqlanması” mövzusunda mətubata və ictiamiyyətə bağlı iclas keçirilib. Bu iclasda müxtəlif ölkələrin o cümlədən ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Portuqaliya, Avstrya, Tayland, Vyetnam, Kamboçya, Laos və İranın nümayəndələri iştirak etmişdir. İRNA-nın verdiyi məlumata əsasən İran polis qüvvələrin başçısı Əhmədi Müqəddəm də bu iclasda iştirak və çıxış etmişdi. Məlumata görə, eyni zamanda İranın Narkotika ilə Mübarizə Qərargahının rəisi də olan Müqəddəm öz çıxışında keçən bir il ərzində polisin ölkə ərazisində 2 ton narkotik maddə ələ keçirdiyini bildirib. Onun sözlərinə görə bu narkotik maddələrin 95 faizi İranda hazırlanıb. Məlum olduğu kimi dünyada narkotikanın əsas istehsal edildiyi ölkə kimi Əfqanistan qəbul olunur. ABŞ və NATO-nun Əfqanistana müdaxiləsi ilə bu ölkədə narkotik maddə xammalının əkib becərilməsi və istehsalında böyük bir artış olmuşdur. Üstəlik proses bu il Əfqanistanda xaşxaşın əkinin daha da çoxalmasına, bunun sonucunda bu bitkinin həm qiymətinin aşağı düşməsinə, həm də müxtəlif ölkələr vasitəsiylə dünya narkotika bazarına daha cox miqdarda göndərilməsinə səbəb olub. Əfqanıstandan və Pakistandan dünyaya yayılan narkotikanın nəqlində isə İranın tranzit ölkə kimi xüsusi yer tutduğu bilinməkdədir. BMT-nin sənədlərinə əsasən dünyada qaçaqmalçılıqla daşınan narkotik maddənin 2/3 İran vasitrəsi ilə nəql olunur. Belə ki, İranın Əfqanıstanla 950 kilometr sərhəddi var. Rəsmi Tehran bu sərhədlərdən narkotika keçişinə müxtəlif vasitələrlə mane olmağa çalışsa da, buna tam müvəffəq ola bilməyib. Bu bölgələrdə daim qaçaqçılarla İran sərhəd və polis qüvvələri arasında silahlı toqquşmalar baş verir. İrana gələn narkotik xammalın bir qismi bu ölkənin özündə istifadə olunsa da, əsas hissəsi Avropaya nəql edilməkdədir. Hər il İranda orta hesabla 700 ton narkotik maddə istifadə olunduğu təxmin edilməkdədir. Rəsmi məlumatlara görə, İranda 3 milyona yaxın narkotik maddə istifadəçisi olduğu bildirilsə də, həqiqi rəqəmin bundan xeyli artıq olduğu təxmin edilməkdir. İran Dərman İsrehsal Edən Şirkətlər Dərnəyi ölkədə narkotik maddə olan Tiryəki əldə etmək üçün yalnız 30 dəqiqə vaxt lazım olduğunu açıqlayıb. Dərnəyin sədri Fəriborz Şadi “İranda narkotik maddə almanın şəkər tozu almaqdan daha asan olduğunu” qeyd etməkdədir. Rəsmi statistikaya etiraz edən Şadi, narkotikdən əziyyət çəkənlərin sayını bütövlükdə hesablanırkən istifadəçinin ailə üzvülərinin diqqətə alınmasını vacibliyi vurğulayaraq, bu çərçivədə İranda ən az 12 milyon insanın narkotik maddələrin istifadəsindən əziyyət çəkdiyini iddia edib. İranda hakimiyyətə müxalif saytlardan “Əxbari Ruz” qeyri-rəsmi mənbələrə istinadən verdiyi məlumatda İranda hər il narkotik malların alınmasına ölkə büdcəsinin 4.3 faizinə bərabər olan 10 milyard dolların xərcləndiyini vurqulamaqdadır. Sayt ölkədə narkotika ilə mübarizəni və narkotikanın fəsadlarına xərclənən pulların da nəzərə alınması ilə bu rəqəmin ölkə büdcəsinin 10 faizinə qədər yüksəldiyini bildirməkdədir. İranda narkotikadan istifadənin daha əvvəllərdə olduğu, ancaq son dövrlərdə çox geniş yayıldığı müşahidə edilməkdədir. Belə ki, narkotik maddədən istifadə 20-30 il əvvəl əsasən İranın şimal-şərq və cənub-şərq bölgələrində mövcud olsa da, artıq bütün İranda geniş yayılıb. Bəzi mütəxəssilər bunun səbəbi kimi ölkədə gənclər üçün sağlam əyləncə mühitinin olmamasını, spirtli içkilərin istifadə və satışına qadağanın mövcudluğu və eləcədə cəmiyyətdəki stres çoxluğunu göstərməkdədirlər. Belə ki, İran cəmiyyətində heç bir yaş təbəqəsi üçün uyğun əyləncə imkanının olmaması və cinslər arası münasibət azlığının qarşılıqlı inamsızlıq və yalnızlıq duyğularını gücləndirərək qeyri-ənənəvi və fərdi əyləncələrə meyli təşviq etdiyi önə sürülməkdədir. Bu mənfi prosesin inkişafında asan tapılan narkotika ən əlverişli vasitə kimi cəlbedici olmaqdadır. İran rəsmiləri isə həm dünyada həm də İranda narkotikanın yayılmasında Qərbin siyasi kursunun əsas səbəb olduğunu iddia etməkdədirlər. Hələ iki il əvvəl İran Prezidenti Əhmədijad, dünyada narkotikanın yayılmasının Qərbin səhvlərinin nəticəsi olduğunu vurqulamışdı. Onun sözlərinə gorə, Qərb ölkələrinin əsas hesabı silah satmaq üşün müharibə çıxarmaqdır və bu ölkələr saxta gündəmlərlə millətlərin narkotika əleyhinə mübarizəyə qalxmasına imkan verməməkdədirlər. Əhmədijad müasir dünyada həqiqi gücün narkotika mafiyasının əlində olduğunu da ifadə edib. Beləliklə dünya narkotika qaçakçılığında əsas tranzit ölkə olan İran, daxildə də ciddi bir narkotika problemi yaşamaqadır. İrandakı molla rejimin aldığı tədbirlər isə cəmiiyətdə geniş yayılan narkotika istifadə problemini həll etməkdə yetərsiz qalmaqdadır.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar