SON XƏBƏRLƏR

DƏMİRƏLDƏN ƏRDOĞAN HÖKUMƏTİNƏ SƏRT TƏNQİD

2021.10.20, 07:36
DƏMİRƏLDƏN ƏRDOĞAN HÖKUMƏTİNƏ SƏRT TƏNQİD

Gunaz.tv
DƏMİRƏLDƏN ƏRDOĞAN HÖKUMƏTİNƏ SƏRT TƏNQİD “İqtidar korrupsiya faktlarının üzə çıxmasından narahat olub medianı hədəf alır” 2099.jpg Türkiyənin keçmiş prezidenti, səhhətində yaranmış problemlə bağlı hazırda xəstəxanada olan Süleyman Dəmirəl ölkədə nəşr edilən jurnallardan birində dərc olunmuş müsahibəsində AKP iqtidarını tənqid edib. “Doğan Yayım Holdinq”ə qarşı kəsilmiş rekord məbləğdə cəriməni şərh edən keçmiş prezident deyib ki, bu, iqtidarın korrupsiya faktlarının üzə çıxmasından və ona qarşı yönələn tənqidlərdən təşvişə düşdüyünü göstərir: “Siyasi iqtidarın medianı geniş miqyasda hədəfə alması təlaş və narahatlığın göstəricisidir. Məqsəd iqtidarı tənqid edənlərin içinə qorxu salmaqdır və artıq kifayət qədər bu məqsədə nail olunub. Ona görə də bugünkü seçki mühitini xalq özü dəyişməlidir”. Dəmirəl müsahibəsində “Ergenekon” istintaqını da xatırladaraq deyib ki, bu iddialara Türkiyənin yarısı inanmır, ölkədə hüququn üstünlüyü prinsipi mübahisəli hala gəlib. İnsanların gecə yarısı evlərindən götürülərək həbs olunması, əvvəl suçlu sayıb sonra dəlil axtarışı, qəfil həbslər ölkədə gərginlik yaradıb: “Ana müxalifət dünyəvilik prinsipinin zədələndiyini düşünür. Korrupsiya faktları ortaya atılır, bunlar da iqtidarı narahat edir. Siyasi iqtidar ölkənin ucqar cənub-qərb bölgələrində işsiz, evlərində ərzağı olmayan insanlara soyuducu paylayır, nə edəcəyini bilmir və çaşqın durumdadır. Halbuki insanlara əvvəlcə iş imkanı yaradıb soyuducunu kreditlə də satmaq olardı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar