SON XƏBƏRLƏR

Rusiya və İran nüvə yanacağına dair 10 illik müqavilə imzalayacaq

2021.10.20, 07:36
Rusiya və İran nüvə yanacağına dair 10 illik müqavilə imzalayacaq

Gunaz.tv
Rusiya və İran nüvə yanacağına dair 10 illik müqavilə imzalayacaq Rusiyanın Rosatom şirkətinin rəhbəri Sergey Kriyenko 25 Fevralda verdiyi açıqlamada öz ölkəsi ilə İran arasında nüvə yanacağının satışına dair müqavilənin yaxın vaxtlarda imzalacağını bildirmişdir. Rus dövlət şirkətinin İranda inşa etdiyi Buşəhr Atom Elektrik Stansiyasının (AES) birinci blokunun sınaq məqsədiylə işə salınması mərasimində iştirak edən Kriyenko İranlı tərəfdaşları ilə aparılan müzakirələrdə müqavilənin ən az 10 illik olmasının qərarlaşdırıldığını açıqladı. İranın Buşərh AES-inin birinci blokunun sınaq müddətinin qurtararaq, elektrik enerjisi istehsalına başlamasının bu ilin Avqust-Sentyabr aylarında mümkün olacağı qeyd edilməkdədir. Kriyenkonun sözlərinə görə mövcud müqaviləyə əsasən, Buşəhr AES-inin birinci blokunun fəaliyyəti Rusiyalı mütəxəssilər tərəfindən təmin ediləcəkdir. Qeyd edək ki, İran nüvə stansiyasının işlədilməsi üçün keçən 4 ildə 700-dən çox mühəndisi təkmilləşdirmə kursları üçün Rusiya Federasiyasına göndərmişdi. Xatırladaq ki, İranın ilk AES-i olan Buşəhrin inşasına hələ 1975-ci ildə Alman şirkətləri tərəfindən başlanmışdır. Ancaq 1979-cu ildəki İranda inqilab baş verdikdən sonra ABŞ-ın İrana yüksək texnologiya satışını qadağan edən embarqosu ilə AES-in inşaatı dayanmışdı. 1995-ci ildə Rusiyanın “Zarubejatomenerqostroy” şirkəti ilə İran Atom Elektrik Təşkilatı arasında 850 milyon dollar qarşılığında bu AES-in birinci blokunun 1999-cu ildə başa çatdırılmasına dair müqavilə imzalansa da, bu işin yekunlaşması müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınmışdı. Rusiya 16 Dekabr 2007-ci ildən başlayaraq Buşəhr AES-inin rekatoruna 8 partiyadan ibarət olan 82 ton nüvə yanacağı göndərdi və proses 2008-ci ilin 28 Yanvarında tamamlandı. İndi İranın Buşer AES-ini işə salması Rusiyanın bu ölkə ilə yeni və daha büyük gəlir gətirən yeni iqtisadi müqavilələr imzalanmasını gündəmə gətirməkdədir. Beləliklə, artıq Kriyenkonun açıqlamasından, qlobal böhran səbəbiylə cox ciddi iqtisadi problemlərlə qarşılaşan Rusiyanın İrana ilk növbədə Buşəhr AES-inin istifadəsi üçün ehtiyac duyduğu nüvə yanacağını satacağı anlaşılmaqdadır. İkinci olaraq, İranın Buşəhr AES-ini uğurla işə salması ilə rəsmi Tehranın gələcək 20 ildə daha 19 AES inşa etmə planı və bu işdə Rusiya ilə əməkdaşlığın gücləndirilərək davam etdirilməsini daha da aktuallaşacaq.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar