SON XƏBƏRLƏR

TÜRK DÖVLƏTLƏRİNİN MƏTBUAT QURUMLARI BİRLİK YARADIR

2021.10.20, 07:36
TÜRK DÖVLƏTLƏRİNİN MƏTBUAT QURUMLARI BİRLİK YARADIR

Gunaz.tv
TÜRK DÖVLƏTLƏRİNİN MƏTBUAT QURUMLARI BİRLİK YARADIR eflatunamashov1_iceri.jpg Əflatun Amaşov Bu il aprelin 14-dən 18-dək İstanbulda keçiriləcək tədbirdə Türk Dövlətləri Mətbuat Qurumlarının Birliyi yaradılacaq. Birlik Azərbaycan Mətbuat Şurasının və Türkiyə Qəzetçilər Birliyinin birgə təşəbbüsü ilə yaradılır. Məlumatı “Media forum” saytına Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. Ə.Amaşovun sözlərinə görə, belə bir təşəbbüs ötən ildən var: “Apreldə düzənlənəcək tədbirdə yalnız Türkiyə və Azərbaycan jurnalistləri deyil, Mərkəzi Asiya dövlətlərindən, Rusiyadakı türk muxtariyyətlərindən də nümayəndələr iştirak edəcək. Türk Dövlətləri Mətbuat Qurumlarının Birliyinə gələcəkdə Avropa ölkələrində, Çində və digər ölkələrdə yaşayan türklərin də öz qurumlarıyla qoşulması nəzərdə tutulub”. Azərbaycan Mətbuat Şurası sədrinin sözlərinə görə, Türk Dövlətləri Mətbuat Qurumlarının Birliyini yaratmaqda əsas məqsədlərdən biri türkdilli dövlətlərin mətbuatını dünyaya çıxarmaqdır: “Dünya qloballaşır və qlobal dünyaya ayrılıqda yox, böyük məkanı əhatə edən birliklə daxil olmaq lazımdır. Hazırda türkdilli dövlətlər arasında Türkiyədə mətbuat artıq ölkə iqtisadiyyatında önəmli bir sahəyə çevrilib. Biz əsasən sırf texniki və yaradıcı məsələlərlə bağlı təcrübəni digər türkdilli dövlətlərin jurnalistikasında yaymaq istəyirik” . İstanbulda keçiriləcək beynəlxalq foruma Azərbaycandan Ə.Amaşovun rəhbərlik etdiyi 4 nəfərlik nümayəndə heyəti qatılacaq. Mətbuat Şurasının sədri tədbirdə iştirak edəcək nümayəndələrin hələ dəqiqləşmədiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar