SON XƏBƏRLƏR

İRAN HÖKUMƏTİ TEHRANA GƏLMİŞ HOLLİVUD NÜMAYƏNDƏ HEYƏTİNDƏN ÜZR İSTƏMƏYİ TƏLƏB EDİR

2021.10.20, 07:36
İRAN HÖKUMƏTİ TEHRANA GƏLMİŞ HOLLİVUD NÜMAYƏNDƏ HEYƏTİNDƏN ÜZR İSTƏMƏYİ TƏLƏB EDİR

Gunaz.tv
İRAN HÖKUMƏTİ TEHRANA GƏLMİŞ HOLLİVUD NÜMAYƏNDƏ HEYƏTİNDƏN ÜZR İSTƏMƏYİ TƏLƏB EDİR hlivod2.jpg İran hökuməti bir sıra Hollivud filmlərində iranlıların təhqir edildiyini bildirərək buna görə İran xalqından üzr istənilməsini tələb edir. İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın incəsənət məsələləri üzrə müşaviri Cavad Şəmqədri jurnalistlərə açıqlamasında deyib ki, üzr istəmək tələbi bir neçə gün əvvəl İran Kino Evinin dəvəti ilə Tehrana gəlmiş Hollivud nümayəndə heytinin qarşısında qoyulub. «Hollivud nümayəndələri və Oskar Akademiyasının rəsmiləri ölkəmizə gəliblər. Düzdür, onlar bizim qonaqlarımızdır. Lakin bu o demək deyil ki, biz onlardan İran xalqından üzr istəməyi tələb etməyək». C.Şəmqədri bildirib ki, İran islam inqilabı dəfələrlə Hollivud filmlərində təhqir edilib. Hazırda üzr istəmək tələbinin irəli sürülməsinə isə Hollivud istehsalı olan «Qızım olmadan heç vaxt», «Güləşçi» və «300» filmləri səbəb olub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar