SON XƏBƏRLƏR

Qarabağda müharibə olsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrindən istifadə olunmayacaq

2021.10.20, 07:36
Qarabağda müharibə olsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrindən istifadə olunmayacaq

Gunaz.tv
"Qarabağda müharibə olsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrindən istifadə olunmayacaq" nikolay_botdyuja_012283.jpg Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikoloy Bordyuja bəyan edib "Dağlıq Qarabağ münaqişəsinə dair hərbi əməliyyatlar yenidən bərpa olunsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının çevik qüvvələr kontingetindən istifadə olunmayacaq". Bunu İrəvanda keçirdiyi mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikoloy Bordyuja bəyan edib. O, inandırmağa çalışıb ki, bu qüvvələr dondurulmuş münaqişələrin həllindən kənarda qalacaq. Bordyujanın sözlərinə görə, bu qüvvələr daxili münaqişələrin həllində də tətbiq olunmayacaq. Bununla belə təşkilatın baş katibi deyib ki, çevik qüvvələr 2 komponentdən ibarət olacaq ki, onlardan biri hərbi və sərhədyanı münaqişələrin nizamlanmasında, digəri isə terrorizm və narkotik ticarəti ilə mübarizədə işə düşəcək. Bordyuja xüsusi təyinatlı çevik qüvvələrin tərkibinə Qazaxıstanın da qoşulmaq istədiyini açıqlayıb. O, bildirib ki, hazırda bununla bağlı danışıqlar aparılır. Baş katib Rusiya ilə Belorus arasında olduğu kimi, Rusiya ilə Ermənistan arasında da regional hərbi inteqrasiya sisteminin qurulacağını da deyib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar