SON XƏBƏRLƏR

Maykl Mallenin iddiasını İran adlanan ölkənin Rəsmiləri rədd edir

2021.10.20, 07:36
Maykl Mallenin iddiasını İran adlanan ölkənin Rəsmiləri rədd edir

Gunaz.tv
Maykl Mallenin iddiasını İran adlanan ölkənin Rəsmiləri rədd edir hesen_qashqayi.jpg İran adlanan ölkənin rəsmiləri ABŞ hərbi komandirinin iddialarını rədd ediblər. Dünən Birləşmiş Ştatların Baş Qərargahlar rəisi Admiral Mayk Mallen demişdi ki, Tehran atom bombası hazırlamaq üçün kifayət qədər materiala malikdir. GAİP a gələn məlumata görə Bu gün İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qaşqavi beynəlxalq müfəttişləri xəbərdar etməmiş Tehranın uran zənginləşdirməsinin mümkün olmadığını deyib. Beynəxalq Atom Energisi Agentliyi bildirib ki, İranın 1010 kiloqram zəif zənginləşdirilmiş uranı var və bu, nüvə enerjisi üçün istifadə oluna bilər. Çətin proses isə yüksək zənginləşdirilmiş uranı silah dərəcəli materiala çevirməkdir və İranın buna qadir olması hələlik məlum deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar