SON XƏBƏRLƏR

TEHRAN PROKURORU İNTERPOLDAN İSRAİLİN BAŞ NAZİRİ, XARİCİ İŞLƏR və MÜDAFİƏ NAZİRLƏRİNİN HƏBSİNİ İSTƏYİR

2021.10.20, 07:36
TEHRAN PROKURORU İNTERPOLDAN İSRAİLİN BAŞ NAZİRİ, XARİCİ İŞLƏR və MÜDAFİƏ NAZİRLƏRİNİN HƏBSİNİ İSTƏYİR

Gunaz.tv
TEHRAN PROKURORU İNTERPOLDAN İSRAİLİN BAŞ NAZİRİ, XARİCİ İŞLƏR və MÜDAFİƏ NAZİRLƏRİNİN HƏBSİNİ İSTƏYİR seidmurtezevi_iceri.jpg Səid Mürtəzəvi Tehran prokuroru Səid Mürtəzəvi İran Dövlət Televiziyasında çıxış edərək İnterpoldan Qəzza zolağına qarşı hərbi əməliyyatlarda iştirakı olan 15 İsrail rəsmisinin «qırmızı xətt»lə axtarılmasını tələb etdiyini bildirib. Səid Mürtəzəvi 15 hərbi və siyasi rəsmi arasında baş nazir, xarici işlər naziri və müdafiə nazirinin də olduğunu vurğulayıb: «Bu 15 cinayəkarın «qırmızı xətt»lə axtarılması tələbimiz apardığımız təhqiqata və əsaslı sənəd-sübutlara söykənir. İnterpol artıq bu gün 180 ölkəyə göstəriş verərək bu cinayətkarların həbsini tələb etməlidir». Tehran prokuroru daha 100 «cinayətkar»ın da «qırmızı xətt»lə axtarılması üçün İnterpola müraciət edəcəklərini vurğulayıb. 2008-ci ilin dekabr ayında Qəzza zolağında İsrail hərbi qüvvələri ilə «Həmas» döyüşçüləri arasında 22 gün davam etmiş qanlı qarşıdurmalarda 1300 fələstinlinin həlak olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar