SON XƏBƏRLƏR

Əli Babacan ABŞ-da qondarma «erməni soyqırımı»-nın tanınması ehtimalı olduğunu bildirib

2021.10.20, 07:36
Əli Babacan ABŞ-da qondarma «erməni soyqırımı»-nın tanınması ehtimalı olduğunu bildirib

Gunaz.tv
Əli Babacan ABŞ-da qondarma «erməni soyqırımı»-nın tanınması ehtimalı olduğunu bildirib eli-babacan2.jpg Türkiyənin xarici işlər naziri Əli Babacan aprel ayında ABŞ-da qondarma «erməni soyqırımı»-nın tanınması ehtimalı olduğunu bildirib. Xarici işlər naziri «Axşam» qəzetinə açıqlmasında onu da deyib ki, əgər «soyqırım» tanınarsa, bu, ABŞ ilə Türkiyə arasındakı strateji münasibətlərə ciddi zərbə vuracaq. Hadisələrin bu cür inkişafının Ankara, Yerevan və Bakı arasında aparılan danışıqlara zərbə vuracağını da deyən Babacan bildirib ki, 1915-ci ildən bu tərəfə ermənilərlə münasibətlərimiz ən yaxşı nöqtədədir. Problemlərin həllinə çox yaxınıq. Belə bir fürsət bir daha ələ düşməz. O, ABŞ-ın dövlət katibi Hillari Klintonun Türkiyəyə səfəri zamanı bütün bu məsələlərin müzakirə olunacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar