SON XƏBƏRLƏR

Azərbaycan-Türkiyə-Yunanıstan qaz kəməri İtaliya üçün ən vacib layihələrdən biridir

2021.10.20, 07:36
Azərbaycan-Türkiyə-Yunanıstan qaz kəməri İtaliya üçün ən vacib layihələrdən biridir

Gunaz.tv
«Azərbaycan-Türkiyə-Yunanıstan qaz kəməri İtaliya üçün ən vacib layihələrdən biridir» 2009-03-03_11944.jpg «Azərbaycan- Türkiyə-Yunanıstan qaz boru kəmərinin tikintisi bizim üçün ən vacib layihələrdən biridir». Bunu Bakıda səfərdə olan İtaliyanın xarici işlər nazirinin müavini Alfredo Manteka deyib. Onun sözlərinə görə, İtaliya bu layihəyə birinci dərəcəli əhəmiyyət verir və bu, prioritet məsələdir. «Düzdür, bundan başqa bizim digər- Saustrim layihəmiz də var, amma bu, bizim üçün ikinci dərəcəlidir. Bu layihənin gerçəkləşməsi üçün biz hələ Türkiyə, Yunanıstan və İtaliya arasında məsələni müzakirə etməliyik. Əsas məsələ Türkiyənin bu layihə çərçivəsində nə qədər qaz istifadə edəcəyidir». A. Manteka hazırda əsas məqsədlərinin 4 ölkə başçısının görüşünü hazırlamaq olduğunu qeyd edib. O, 2015-ci ilə qədər bu layihənin işə düşəcəyini planlaşdırdığını deyib

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar