SON XƏBƏRLƏR

RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDYEVİN İSPANİYA SƏFƏRİ DAVAM EDİR

2021.10.20, 07:36
RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDYEVİN İSPANİYA SƏFƏRİ DAVAM EDİR

Gunaz.tv
RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDYEVİN İSPANİYA SƏFƏRİ DAVAM EDİR medvedev_2.jpg Səfərin ilk günü kral Birinci Huan Karlos və kraliça Sofiya ilə görüşən Rusiya dövlət başçısının daha sonra baş nazir ilə danışıqları nəzərdə tutulub. Görüşün sonunda strateji əməkdaşlığa dair birgə bəyannamə də imzalanacaq. Sənəd həm də Rusiya və İspaniya hökumətlərinin energetika, iqtisadi-ticarət sahəsində qarşılıqlı əməkdaşlığını nəzərdə tutur. /İctimai TV/ --------------------------------------------------------- BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ QORDON BRAUN ABŞ-DA RƏSMİ SƏFƏRDƏDİR qordon_braun.jpg Səfər çərçivəsində prezident Barak Obama ilə görüşü planlaşdırılan hökumət başçısı əsasən qlobal maliyyə böhranı ilə mübarizə və Əfqanıstandakı vəziyyət ətrafında fikir mübadiləsi aparacaq. Ağ Evdə yeni prezidentin qəbul edəcəyi ilk avropalı qonaq olan Qordon Braun Barak Obamaya Avropa İttifaqı liderlərinin maliyyə böhranı ilə bağlı narahatlığını çatdırmaq niyyətindədir. Onun fikrincə, artıq ABŞ və Birləşmiş Krallığın böhrandan çıxış istiqamətində birgə fəaliyyətinin vaxtı çatıb. Barak Obama isə Londona bir ay sonra «Böyük İyirmiliyin» zirvə görüşündə iştirak etmək üçün səfər edəcək. /İctimai TV/ ---------------------------------------------------------- ABŞ-IN DÖVLƏT KATİBİ HİLLARİ KLİNTON İSRAİLƏ SƏFƏR EDİB hilari_klinton.jpg Qüdsdə bu ölkənin rəhbərliyi ilə görüşü nəzərdə tutulan Birləşmiş Ştatların Xarici Siyasət İdarəsi rəhbəri daha sonra Rəmallahda Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla da danışıqlar aparacaq. Onun səfərinin əsas məqsədini İsrail-Fələstin arasında sülh müqaviləsinin imzalanması prosesini tezləşdirmək təşkil edir. Bundan başqa Hillari Klintonun Qüds səfəri həm də İsrailin yeni hökumət başçısı və onun formalaşdıracağı nazirlər kabinetinin üzvləri ilə tanış olmaq məqsədi də daşıyır. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar