SON XƏBƏRLƏR

Bir qrup türkiyəli millət vəkili qondarma erməni soyqırımı ilə bağlı olaraq ABŞ-a səfər edib

2021.10.20, 07:36
Bir qrup türkiyəli millət vəkili qondarma erməni soyqırımı ilə bağlı olaraq ABŞ-a səfər edib

Gunaz.tv
Bir qrup türkiyəli millət vəkili qondarma erməni soyqırımı ilə bağlı olaraq ABŞ-a səfər edib 2009-03-03_11929.jpg Türkiyəli millət vəkillərindən ibarət nümayəndə heyəti qondarma erməni soyqrımının ABŞ Konqresində tanınması məsələsinin qarşısını almaq üçün Vaşinqtona səfə edib. PRESSPOST Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinə hakim Ədalət və İnkişaf Partiyasının sədrinin xarici siyasət məsələləri üzrə müavini Suat Kınıklıoğlu rəhbərlik edir. Qeyd edək ki, ABŞ-dakı erməni lobbisinin qondarma erməni soyqırımı barədə qətnamə layihəsini yaxın günlərdə Konqresin Nümayəndələr Palatasına təqdim edəcəyi gözlənilir. Qətnamə layihəsini Nümayənədələr Palatasına erməni lobbisinin öndə gedən dörd nümayəndəsi -Adam Schiff, Frank Pallone, George Radanovich və Mark Kirk təqdim edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar