SON XƏBƏRLƏR

İran adlanan yerdə mağazadan çaxır alan amerikalı jurnalist tutulub

2021.10.20, 07:36
İran adlanan yerdə mağazadan çaxır alan amerikalı jurnalist tutulub

Gunaz.tv
İran adlanan yerdə mağazadan çaxır alan amerikalı jurnalist tutulub iran-sherab-alan-shurnalist.jpg Dövlət Departamenti jurnalistin həbs olunduğu barədə məlumata malik deyil İran adlanan yerdə amerikalı jurnalist Roksana Sabiri həbs edilib. GÜNAZ.TV mətbuat mərkəzininç “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, “BBC” və “NPR” kimi şirkətlərlə əməkdaşlıq edən jurnalist hələ yanvarın 31-də həbs olunsa da, bu barədə ancaq indi məlumat yayılıb. Atası bildirib ki, qızı ilə fevralın 10-da telefonla söhbət edib. Roksana Sabiri deyib ki, onu mağazadan şərab aldığına görə tutublar. O, tezliklə azad olunacağını da bildirərək bu barədə ABŞ hökumətinə xəbər verməməyi xahiş edib. Amma atası sonradan öyrənib ki, şərab almaq adı altında xaricilərin həbsi İranda adi qaydadır. Roksana Sabirinin atası qızından heç bir xəbər ala bilməyəndən sonra hökumətə müraciət edib: “Biz bu barədə məlumat verməyə məcbur olduq. Bundan əvvəl güman edirdik ki, hər şeyi özümüz həll edə bilərik”. Dövlət Departamenti jurnalistin həbsi ilə bağlı məlumata malik olmadığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar