SON XƏBƏRLƏR

Türkiyədə azad mediaya qarşı təzyiqlər var, «Ergenekon» həbsləri siyasi motivlidir

2021.10.20, 07:36
Türkiyədə azad mediaya qarşı təzyiqlər var, «Ergenekon» həbsləri siyasi motivlidir

Gunaz.tv
Ərdoğan hökuməti Dövlət Departamentinin hədəfində «Türkiyədə azad mediaya qarşı təzyiqlər var, «Ergenekon» həbsləri siyasi motivlidir» Məlum olduğu kimi ABŞ Dövlət Departamenti 2008-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyətini əks etdirən növbəti hesabatını yayımlayıb. Həmin hesabatda insan haqlarının durumuna görə, tənqid olunan ölkələr arasında Türkiyənin də adı var. Hesabatda Ərdoğan hökumətinin azad mediaya qarşı təzyiqləri barədə məqamlar əks olunub. Xüsusilə, «Doğan» qrupuna məxsus media qurumlarına qarşı başlanan təzyiq faktları hesabatda öz əksini tapıb. Hesabatda bildirilir ki, 2008-ci ildə Türkiyədə azad KİV-ə qarşı maliyyə və formalarda cəzalar tətbiq edilib: «Türkiyədə jurnalistlərin azad şəkildə çalışması üçün imkanlar məhdudlaşdırılıb». Hesabatda «Ergenekon» həbsləri barəsində məqamlarv ar. Sənəddə deyilir ki, «Ergenekon» əməliyyatı adı altında həyata keçirilən həbslərin siyasi mötivli olması ilə bağlı şübhələr var: «Həbsə alınmış generallar vəyerli təşkilatlar bu əməliyyatı siyasi motivli həbslər hesab edir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar