SON XƏBƏRLƏR

Türkiyənin xarici işlər naziri Yerevana səfər edəcək

2021.10.20, 07:36
Türkiyənin xarici işlər naziri Yerevana səfər edəcək

Gunaz.tv
Türkiyənin xarici işlər naziri Yerevana səfər edəcək _ali_babacan_090209_3.jpg Türkiyənin xarici işlər naziri Əli Babacan aprelin 16-17-də Yerevana səfər edəcək. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib. Babacanın Ermənistan səfəri Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan təxminən bir ay əvvəl Babacanı bu iclasa dəvət etsə də, Babacan gedib-getməyəcəyi barədə qəti qərar vermədiyini açıqlamışdı. Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Diplomatik münasibətlərin dayandırılmasına səbəblər Yerevan tərəfindən başlanılmış uydurma "soyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın Yerevana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya Çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul etmişdi. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar