SON XƏBƏRLƏR

Bişkekdə Türk Dünyası Universitetləri Tələbə Təşkilatının təməlqoyma mərasimi keçirilib

2021.10.20, 07:36
Bişkekdə Türk Dünyası Universitetləri Tələbə Təşkilatının təməlqoyma mərasimi keçirilib

Gunaz.tv
Bişkekdə Türk Dünyası Universitetləri Tələbə Təşkilatının təməlqoyma mərasimi keçirilib Fevralın 27-də Bişkekdə Qırğızıstan-Türkiyə Manas Universitetində Türk Dünyası Universitetləri Tələbə Təşkilatının təməlqoyma mərasimi keçirilib. Trend News müxbirinin də iştirak etdiyi mərasimdə Türkiyənin 24 universitetinin və Qazaxıstan, Qırğızıstan ali məktəblərinin Tələbə Komitəsi sədrlərinin iştirakilə Türk Dünyası Universitetləri Tələbə Təşkilatının yaradılması barədə qərar qəbul olunub. Türkiyə Ali Məktəbləri Beynəlxalq Tələbə Təşkilatının sədri Sinan Kartal Trend News-a müsahibəsində, bir neçə gün Qırğızıstanın ali təhsil müəssisələri ilə tanış olduqlarını, 36 nəfərdən ibarət Türkiyədəki tələbə təşkilatları rəhbərlərinin və idarə heyəti üzvlərinin iştirakı ilə Manas Universitetində keçirilən təsis konfransında Türkiyə, Qazaxıstan və Qırğızıstan (10 tələbə təşkilatı) tələbə komitələrinin yekdil qərarı ilə bugündən etibarən Türk Dünyası Universitetləri Tələbə Təşkilatının yaradılması barədə qərar qəbul etdiklərini bildirib. "Növbəti toplantını Türkiyədə təşkil edəcəyik. İnşallah sonrakı mərhələlərdə Azərbaycan, Özbəkistan, Türkmənistan və digər məmləkətlərin tələbə komitələri təşkilatımıza daxil ediləcək. Məqsədimiz dünyada cərəyan edən hadisələrə münasibət və təsir göstərməklə gənclərin gücünü bir araya gətirərək problemlərin ortaq həllinə nail olmaqdır. Bundan başqa dili, dini, tarixi, mədəniyyəti, soykökü eyni olan millətimizin gənclərini birləşdirməyi də qarşımıza məqsəd qoymuşuq", - Türkiyə Ali Məktəbləri Beynəlxalq Tələbə Təşkilatının sədri Kartal bildirib. Türk Dünyası Universitetləri Tələbə Təşkilatının təsis konfransında Qırğızıstanın bir sıra Ali məktəblərinin rəhbərləri və professor, müəllim, tələbə heyəti də iştirak edib.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar