SON XƏBƏRLƏR

RƏFSƏNCANİ RUSLARI VƏDLƏRƏ ƏMƏL ETMƏYƏ ÇAĞIRIR

2021.10.20, 07:36
RƏFSƏNCANİ RUSLARI VƏDLƏRƏ ƏMƏL ETMƏYƏ ÇAĞIRIR

Gunaz.tv
RƏFSƏNCANİ RUSLARI VƏDLƏRƏ ƏMƏL ETMƏYƏ ÇAĞIRIR rəfsəncani4.jpg Fevralın 27-də Tehran cümə namazına rəhbərlik edən keçmiş prezident Haşimi Rəfsəncani Buşehr Atom Elektrik Stansiyasının sınaq fəaliyyətinə başlamasına toxunaraq obyektin təkmilləşdirilməsində iranlı mütəxəssislərə arxalandıqlarını deyib. İran Atom Enerjisi Təşkilatının başçısı Qulamrza Ağazadə və Rusiyanın «Rosatom» şirkətinin rəhbəri Sergey Kiriyenko fevralın 25-də Buşehr Atom Elektrik Stansiyasının sınaq fəaliyyətinə start veriblər. Rəfsəncani deyib: «Buşehr stansiyasının tam tikilib istifadəyə verilməsi müxtəlif dövrlərdə cürbəcür problemlərlə ləngiyib. Bu stansiyanın təkmilləşdirilməsi üçün hələ də müəyyən işlər görmək lazımdır. Ruslar və başqaları bilməlidir: bu gün İran elə bir mərhələyə gəlib çatıb ki, onlarsız da Buşehr stansiyasını təkmilləşdirəcək. Biz buna qadirik, lakin onlar vədlərinə əməl etməlidir». 1995-ci ildə Buşehr stansiyasının təkmilləşdirilməsi üçün İran-Rusiya müqaviləsi bağlanıb. Məbləği 1 milyard dollar civarında olan müqaviləyə görə, Rusiya stansiyanı 2006-cı ildə təhvil verəcəkdi. Ancaq stansiyanın işə düşməsi dəfələrlə təxirə salınıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar