SON XƏBƏRLƏR

ABŞ-İran münasibətləri yenidən gərginləşdi

2021.10.20, 07:36
ABŞ-İran münasibətləri yenidən gərginləşdi

Gunaz.tv
ABŞ-İran münasibətləri yenidən gərginləşdi tehran2.jpg BMT Təhlükəsizlik Şurasının İraqla bağlı iclası ABŞ-İran münasibətlərinin yenidən kəskin həddə çatmasına səbəb olub. Belə ki, açıq müzakirələr zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays Tehranı terrorizmi dəstəkləməkdə və nüvə silahı əldə etməyə cəhd göstərməkdə günahlandırıb. Süzan Rays deyib ki, Vaşinqton əsas siyasəti İranın nüvə silahı əldə etmək istiqamətində atdığı addımların və bu ölkənin terrorizmi müdafiə etməsinin qarşısının alınmasına yönəlib. Bunun qarşılığında isə İranın BMT-dəki nümayəndəsi Məhəmməd Xəzai BMT Təhlükəsizlik Şurasının ünvanına ABŞ haqqında kəskin ittihamlarla müşaiyət olunan məktub ünvanlayıb. İran təmsilçisi bildirib ki, Süzan Rays Buş adminstrasiyasının təmsilçilərinin arqumentlərini təkrarlayır. "İran haqqında söylənilənlər həqiqəti əks etdirmir və cəfəngiyyatdan ibarətdir. Başqalarının ünvanına ittiham səsləndirmək əvəzinə, yaxşı olardı ki, ABŞ özünün yanlış xarici siyasətinin düzəldilməsi istiqamətində konkret və məqsədyönlü addımlar atsın". Məhəmməd Xəzai ABŞ təmsilçisinin istər terrorizmin müdafiəsi, istərsə də nüvə silahıyla bağlı ittihamlarının birmənalı şəkildə rədd edib: "Təəssüf ki, biz yenə də əvvəllər olduğu kimi çeynənmiş, sübut olunmamış və əsassız ittihamlar eşidirik". Qeyd edək ki, ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və BMT-dəki səfir Süzan Rays bir neçə müddət öncə Vaşinqtonun İranın nüvə proqramıyla bağlı yaranmış problemin həlli üçün bütün dinc vasitələrdən, o cümlədən birbaşa dialoqdan istifadə edəcəklərini bildirmişdilər. Yaranmış vəziyyət ABŞ-ın siyasətində İranla bağlı istiqamətin dəyişməyəcəyini, bəlkə də daha sərt forma alacağını istisna etmir.Azər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar