SON XƏBƏRLƏR

Güneyli tələbələr aclıq aksiyasına başlayacaqlar

2021.10.20, 07:36
Güneyli tələbələr aclıq aksiyasına başlayacaqlar

Gunaz.tv
Güneyli tələbələr aclıq aksiyasına başlayacaqlar anadili.jpg Soydaşlarımız milli fəallara verilmiş cəzanın ləğvini tələb edirlər Urmiya, İsfahan, Mahabad və Tehran universitetlərinin azərbaycanlı tələbələri bəyanat yayıb. Onlar Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsində qapalı keçirilən iclasda Güney Azərbaycan Milli Hərəkatının fəalları - Əsgər Əkbərzadə, Hüseyn Hüseyni, Ərdəşir Kərimi, Vədud Səadəti, Behruz Əlizadə və Rəhim Qulami haqqında 5 il sürgündə çəkilməklə həbs cəzası hökmü verilməsinə etiraz edirlər. Sənəddə bildirilir ki, ötən aylarda fars rejiminin təhlükəsizlik qüvvələrinin siyasi, mədəni və insan haqlarını müdafiə edən insanlara basqılarının artdığına, ana dilində təhsil haqqının verilməsi və siyasi, iqtisadi və kültürəl ayrı-seçkiliyə son qoyulmasından başqa tələbləri olmayan Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı yeni bir dönəmin başlandığına hər kəs şahiddir: "Milli varlıq və kimliyin qorunması bütün azərbaycanlıların təbii insani haqqıdır: "Ancaq fars şovinist rejimi illərdir basqı altında olan Azərbaycan türklərinin bu insani haqlarını tapdalayaraq milli mücadiləni uzunmüddətli həbslərlə cəzalandırır. İran məhkəmələri onlara belə cəza verməklə dövlətə hakim olan irqçi ruhunu açıqca nümayiş etdirib. Biz Urmiya Universiteti, İsfahan Universiteti, İsfahan Tibbi Elmlər, Gözəl Sənətlər, Malik Əştər, İslami Sənətlər, Şeyx Bahai və Pəyam-i Nur universitetləri, Azad Mahabad Universitetinin azərbaycanlı tələbələri olaraq İran məhkəmələrinin Ərdəbil əyalətində Güney Azərbaycan Milli Hərəkatının fəallarına verdiyi ədalətsiz cəzalara etirazımızı bildirir və milli-mədəni haqlarını tələb edən bu insanların hökmünün təkrar gözdən keçirilməsini tələb edirik. Milli fəallara verilən qanunsuz və özbaşına hökmlər bir an öncə ləğv edilməli və gözaltına alınmış soydaşlarımıza qarşı sorğu-sual zamanı işgəncə verilməsi dayandırılmalıdır. Əks təqdirdə aclıq aksiyasına başlayacayıq". Bundan əlavə, universitetlərdə fəaliyyət göstərən Azərbaycan Tələbə Dərgiləri Birliyi də bəyanat yayaraq adıçəkilən fəallar barəsində verilmiş cəzanın ləğvini tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar