SON XƏBƏRLƏR

Xocalı soyqrımı ilə bağlı Türkiyədə imza kampaniyası başladılıb

2021.10.20, 07:36
Xocalı soyqrımı ilə bağlı Türkiyədə imza kampaniyası başladılıb

Gunaz.tv
Xocalı soyqrımı ilə bağlı Türkiyədə imza kampaniyası başladılıb hocali_katliami.jpg Bir qrup Turk ziyalısı Xocalı faciəsinin soyqırım olaraq tanınmasi sahəsində təşəbbüslə çıxış ediblər. ziyalıların yaratdığı www.hocalisoykirimi.com saytında qətliamın qısa xronikası çatdırılıb və bu faciənin soyqırım olaraq tanınması üçün müraciət yayılıb. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayın şəxsi heyətinin köməyi ilə Xocalı şəhərini işğal ediblər. Şhərdə kütləvi qırğın törədilib. Nəticədə 613 həlak olub ki, onların da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalardır. 8 ailə tamamilə yer üzündən silinib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qətliyam nəticəsində 487 nəfər müxtəlif dərəcəli yaralar alıb ki , onların da 76-sı uşaqlardır. 150 nəfər itkin düşüb. Həmin hadisədən 17 il ötməsinə baxmayaraq bu faciəyə hələ də hüquqi qiymət verilməyib.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar