SON XƏBƏRLƏR

Hollandiya İmmiqrant İdarəsi milli fəal Elnur Mərəndlini Rotterdama köçürub

2021.10.20, 07:36
Hollandiya İmmiqrant İdarəsi milli fəal Elnur Mərəndlini Rotterdama köçürub

Gunaz.tv
imani.jpg Xatırladaq ki, Hollandiya höküməti tərəfindən İrana deportasiya təhlükəsi qarşısında olan Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) üzvü Əlirza İmani (Elnur Mərəndli) 27 fevral 2009 tarixdə saxlanıldığı Sxipol şəhərindəki Zeist adlı müvəqqəti saxlama mərkəzindən Rotterdamın hava limanı yaxınlığında yerləşən Uit Zetcentruma köçürülüb. GAİP – in Hollandiya üzrə təmsilçisi Araz Ataxanın verdiyi məlumata görə, Əlirza İmani hüquqlarının pozulmasına etiraz olaraq fevral ayının 18 – dən başladığı aclıq aksiyasını artıq 10 gündür ki, davam etdirir. Aclıq aksiyası ilə əlaqədar səhhətində yaranan problemlərlə bağlı ona hər hansı tibbi yardımın göstərilməsi barədə məsul şəxslər tərəfindən heç bir məlumat verilmir. GAİP –in Hollandiya təmsilçisi onunla görüş üçün müraciət etsə də, müsbət nəticə almayıb. Qeyd edək ki, Güney Azərbaycan milli fəalı Əlirza İmaninin (Elnur Mərəndli) İrana qaytarılması təhlükəsi və ağır durumu ilə bağlı Güney Azərbaycan İstiqlal Partiyası Hollandiya hökumətinə, BMT – nın İnsan Hüquqları Şurasına, BMT – nin Cenevrədəki Qaçqınlar üzrə Ali Komissarlığına, Beynəlxalq Əfv Təşkilatına, Hollandiyanın müxtəlif rəsmi orqanlarına üçüncü müraciətini edib. Həmçinin, Əlirza İmaninin (Elnur Mərəndli) bu durumu ilə baglı azərbaycanlıların hüquqlarını müdafiə edən bir sira təşkilatlar da müxtəlif beynəlxalq insane hüquqları təşkilatlarına, o cümlədən Hollandiyanın rəsmi orqanlarına müraciət ediblər. Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar