SON XƏBƏRLƏR

Ermənilərin türkə nifrət psixologiyası . AQIL ACALOV

2021.10.20, 07:36
Ermənilərin türkə nifrət psixologiyası . AQIL ACALOV

Gunaz.tv
Ermənilərin türkə nifrət psixologiyası image.php?img=46&yaz=2 AQIL ACALOV [email protected]/* */ Azərbaycan və Gürcüstan Gənclərinin Həmrəylik Assosiyasının Sədri Fransiz filosofu Jean Baudrillard: “Ermənilərin durumu çox xüsusidir, onlar yaşadıqlarını sübut etmək üçün, öldüklərini sübüt etmək məcburiyyətindədirlər” Ermənilər tarix boyu türk millətinə nifrət etməklə yaşayıblar. Cox maraqlıdır ermənilər əsrlər boyu bu nifrətin əsiri olublar və bu psixologiyanın təsirindən kənara cixa bilməyiblər. Bu nifrətin əsası onların ailə və qriqoriyan kilsə sisteminə dayanaraq formalaşsada ermənilər konkret olaraq bu şovinizmi bir ünvana yönəldiblər - TüRK toplumuna. Sonrada bu düşüncə onların bir milləti məhv etmək siyasətinə sürüklədi və bu gündə cox təəssüflər olsun ki,sivil və beynelxalq təşkilatların gözü qarşısında həmin siyasət aparılmaqdadır. Ermənilər nəyin ki,türkləri bioloji cəhətdən məhv etmək istəyirlər. Onlara məxsus tarixi və maddi-mənəvi abidələri məhv etməkdən belə çəkinmirlər. Bu gün Qarabağda və Qərbi Azərbaycanda tarixi abidələr məhv edilərək onları yerlə yeksan edirlər. Bu gün erməni millətçilərində Türk millətinə qarşı formalaşmış kin-nifrət patoloji-stereotipin yaranması və bu millətdə türk toplumunda nifrətin əsasında nələr dayanır bizlər üçündə maraqlıdır. Avropa qurumları bizim ermənilərlə dost-mehriban yaşamağımız üçün bütün vasitələrdən istifadə edirək bizləri bir ailəyə çevirmək istəyirlər. Amma aparılan layihələr nəticə vermir. çünki,düşüncə sistemi tarixi aqoniya ilə köklənib avropanın demokratik fikir tərzi ilə uzlaşmır. Tarixə nəzər salsaq Erməni daşnaklarının Xocalı faciəsinə kimi Azərbaycan xalqına qarşı tarixin müxtəlif dönəmlərində sistemaik olaraq terror aktları və kütləvi qırğınlar törətmişlər. 1905-06 ci illərdə çar Rusiyası əyalətlərdə inqilabi ideyaların yayılmasının qarşısını almaq üçün yerli xalqları bir birinə qarşı qoymaq siyasətini dövlət səviyyəsində apararaq və kütləvi qırğınları Bakıda, Qarabağın müxtəlif yerlərində,Qubada,Şamaxıda silahlanmış ermənilərin əli ilə azərbaycan türklərinə qarşı öz iyrənc siyasətini həyata keçirtmişlər. O,dövrün canlı şahidlərindən olan azərbaycan mədəniyyətinin ədiblərindən olan Mir Möhsün Nəvvab hadisələr baş verən zaman qələmə aldığı əsərində faciələri təsvir edərək qeyd edir ki, ölənlər arasında qeyri-türklər yəhudilər,tat,ləzgilərdə olması ermənilərin terroruna nəyin ki, azərbaycan türkləri hətta qeyri-türklərdə məruz qalırdı. Erməni daşnaklarının daha geniş kütləviqırğın siyasəti 1918 ci ildə baş verdi. Bu dəfə proses azərbaycanın bütün şəhərlərini əhatə etməklə gedirdi. Bu siyasət nəticəsində on minlərlə insanlarımız şəhid edildi. Ancaq yaxın tariximizdə erməni daşnaklarının vəhşiliyini təsdiq edən hadisələrdən biridə Xocalıda xalqımızın başına gətirdiyi olaylar insanlarımızın ürəyində daim yaşayacaqdır. 1992 ci ildə fevral ayının 26 - da Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan 366 ci motoatıcı alayının və Ermənistan ordusunun hərbi birləşmələrinin birgə planı əsasında Azərbaycan xalqının tarixində qara gün kimi yazılan və Dağlıq Qarabağın strateji əhəmiyyətli yerlərindən olan Xocalı şəhərinin əhalisi XX əsrdə dünyanın gözü qarşısında barbarcasına məhv edildi. öldürülən insanlar arasında qadın və uşaqların olması onların vəhşıcəsinə qətlə yetirilməsi beynelxalq hüqüq nöqteyi nəzərindən hadisələri incələdikdə facəinin səbəbkarları Beynelxalq Məhkəmə qarşısında cavab verməlidirlər. Amma cox təəssüflər olsun ki, hadisənin səbəbkarları və icraciları hələdə azadlıqda olmaları və rahat şəkildə gəzmələri beynelxalq hüqüqa və sivil dünya qanunlarına ziddir. Hazırda ermənistanda siyasi hakimiyyətdə təmsil olunan şəxslərin,xüsüsi ilə Dağlıq Qarabağ klanın üzvlərinin demək olar ki, Dağlıq Qarabağda törədilən faciələrinin əsas təşkilatçılar və icraçılarıdır. Amma cox təəssüflər olsun ki,bu insanlar dünya ya rahat şəkildə çıxırlar və avropanın hökümət rəhbərləri,siyasi kuluarlarında görüşlər keçirirlər. Xocalı faciəsinin üstündən artıq 17 il keçir və hələdə bu faciə “nə üçün törədildi” sualı insanlarımızı düşündürür faciənin əsas səbəbkarlarını axtarmaqla məşğuluq. . Biz Azərbaycan Respublikasinin prezidenti cənab İlham Əliyevin apardigi xarici ve daxili siyasətə güvənirik və ümid edirik ki,Azərbaycanın ərazi bütövlüyü pərpa olunacaq və Xocalı terrorunun törədənlər qanun qarşısında cavab verecekler.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar