SON XƏBƏRLƏR

Urmiya həbsxanasında bir soydaşımız edam edilib

2021.10.20, 07:36
Urmiya həbsxanasında bir soydaşımız edam edilib

Gunaz.tv
mehdi-qasimzade.jpg Güney Azərbaycan İstiqlal Partiyasının Xəbər Mərkəzindən GÜNAZ.TVyə verilən məlumata görə, Mehdi Qasımzadə adlı bu şəxs Quşaçay bölgəsindəki Üçtəpə kəndində İran hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunaraq, həbs edilib. Onun polisə müqavimət göstərməsinə səbəb hüquq-mühafizə orqanları əməkdaşlarının onların yaşadığı əraziyə kobud müdaxilə etməsi olub. Onun barəsində edam qərarı çıxarılıb və dünən M. Qasımzadə həbsxanada asılaraq edam edilib. Hələlik M. Qasımzadənin cənazəsi ailəsinə verilməyib. Ailə üzvlərinə cənazənin Xomeyni adına xəstəxanaya göndərildiyi bildirilib. Xəstəxanadan isə cənazənin ETTELAAT məmurlarına təhvil verildiyini deyiblər. M. Qasımzadə ilə birlikdə həbs edilən Səhənd Əli Məhəmmədi, Baxşəli Məhəmmədi, İbadulla Qasımzadə və Yunus Ağayan isə onlar üçün çıxarılmış edam cəzasının icra ediləcəyi günü gözləyirlər. Onlar M. Qasımzadənin edam edilməsindən sonra aclıq aksiyasına başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar