SON XƏBƏRLƏR

İRANDA GÜNDƏ 2 TON NARKOTİK MADDƏ TUTULUR

2021.10.20, 07:36
İRANDA GÜNDƏ 2 TON NARKOTİK MADDƏ TUTULUR

Gunaz.tv
İRANDA GÜNDƏ 2 TON NARKOTİK MADDƏ TUTULUR hmədmüqəddəmİranpolis.jpg İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm fevralın 26-da Çinin Şanxay şəhərində narkotik maddələrdən istifadəyə beynəlxalq qadağaya dair keçirilən toplantıda iştirak edib. O, çıxışında İranda gün ərzində orta hesabla 2 ton narkotik maddə aşkarlandığını deyib. Əhmədi Müqəddəm polisin bu il İranda onlarla ton həşiş müsadirə etdiyini vurğulayıb: «Bu həşişlər əsasən İran körfəzindəki ərəb ölkələrinə göndərilir». İranın rəsmi statistikası ölkədə 1 milyon 200 min narkomanın olduğunu göstərir. Bəzi ekspertlər narkotik maddə aludəçilərinin sayının daha çox olduğunu deyirlər. Şanxay iclasına İtaliya, Böyük Britaniya, Yaponiya, Hollandiya, Avstriya, Fransa, Almaniya, Portuqaliya, Rusiya, ABŞ, Tailand, Vyetnam, Kamboca, Laos və Birmanın da nümayəndələri qatılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar