SON XƏBƏRLƏR

İran adlanan yerdə bir azərbaycan öyrənci dərgisinə daha qadağa goyulde

2021.10.20, 07:36
İran adlanan yerdə bir azərbaycan öyrənci dərgisinə daha qadağa goyulde

Gunaz.tv
İran adlanan yerdə bir azərbaycan öyrənci dərgisinə daha qadağa goyulde qezet.jpg Yəzd Universitetinin azərbaycanlı tələbələrinin təşəbbüsü, Vəhid Əsğərinin baş redaktorluğu ilə Azərbaycan və fars dillərində çıxan «İşılay» tələbə jurnalının 2-ci sayına qadağa qoyulub. GAIP in əldə elədiği məlumata görə, Yəzd Universitetinin rəhbərliyi və yerli ETTELAAT idarəsi jurnalın fəaliyyətini qanunsuz adlandırıb. Jurnalın 1-ci sayında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan milli kimliyi barədə müxtəlif yazılar dərc edildiyi bildirilir. İranın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan türkcəsində çıxardığı qəzet və jurnalların fəaliyyətinə təzyiqlərin gündən-günə artdığı vurğulanır. Son zamanlar «Ulus, «Nəsim», «Araz», «Özlük», «Oyanış», «Səttarxan», «Kimlik», «Yoldaş», «Yağış», «Aydın Gələcək», «Qıpçaq», «Günəş», «Yarpaq», «Tələngər», «Çənlibel», «Yaşıl yol», «Ana Yurd», «Səhər», «Açıq Söz», «Sayan, «Bulud» və «Xələc» kimi nəşrlərin fəaliyyətinə qadağa qoyulub.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar